® Mərkəzi Gömrük Hospitalında Yaponiya şirkətinin nümayəndələri ilə görüş keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Mərkəzi Gömrük Hospitalında rəqəmsal təhsil texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan Yaponiyanın “Digital Knowledge” şirkətinin nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, “Digital Knowledge” şirkətinin Beynəlxalq İnkişaf Ofisinin rəis müavini Yoşihiro Giyoda, Xidmətlərin Təşviqi Şöbəsinin rəhbəri Masayuki Nohara, Qlobal İKT Təhsil Həllərinin İnkişafı Şöbəsinin əməkdaşı Nquyen Ti Tu Tao, Beynəlxalq Biznes Şöbəsinin rəhbəri Kendzi İçimura və başqaları iştirak ediblər.
Görüşdə xəstəxana tibb bacılarının davamlı təhsil və peşə bacarıqlarının artırılması üçün innovativ elektron platformaların tətbiqi, eyni zamanda, xəstə və yenidoğulmuşlara dair rəqəmsal sağlamlıq kartlarının hazırlanması, kağızsız tibbi idarəetmə sisteminə keçid, rəqəmsal tibbi xidmətlərin genişləndirilməsi və bu sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Noyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















