Mərkəzi Kəşfiyyat İdarəsinin gələcək direktoru da bəlli oldu
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info "The New York Times" nəşrinə istinadla xəbər verir ki, bu haqda qərarını Tramp "X" sosial şəbəkə hesabında elan edib. O, Con Retklifi "Amerika ictimaiyyəti ilə birlikdə həqiqət və dürüstlük uğrunda mübariz" adlandırıb.
Con Retkliff Trampın birinci prezidentlik müddətində milli kəşfiyyat agentliyinə rəhbərlik edib və prezidentin kəşfiyyat məsələləri üzrə baş müşaviri olub.
Konqresmen kimi Retkliff Trampla birlikdə Hanter Baydenin barəsində araşdırmalara kömək edib. Hanter Bayden prezident Co Baydenin oğludur. Onu Tramp və tərəfdarları xüsusilə, Ukrayna ilə şübhəli biznes əlaqələrində ittiham edirdi.
Eyni zamanda Con Retkliff 2016-cı ildə keçirilmiş və Donald Trampın qələbəsi ilə bitən prezident seçkilərinə Rusiyanın müdaxiləsinin araşdırılmasını tənqid edirdi.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 13 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















