“Bu, Mərkəzi Kəşfiyyat İdarəsinin işidir...” Politoloq
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
"Fikrimcə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun və Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının mətbuata ötürülməsində Mərkəzi Kəşfiyyat İdarəsində Ağ Evin Ukrayna siyasətindən narazı qrupun əli var".
"AzPolitika" bildirir ki, bunu politoloq Elxan Şahinoğlu sözügedən qalmaqala münasibət bildirərkən deyib.
O, qeyd edib ki, Prezidentlərin müşavirlərinin telefon danışığını hər iki ölkənin kəşfiyyat strukturları dinləyə bilərdi. Rusiya tərəfinin telefon danışığını mətbuata ötürməsi məntiqə zidd olardı. Çünki telefon danışığında Stiv Uitkoffun sözləri Kreml sahibinin maraqlarına uyğun olub. Belə olan halda Rusiya kəşfiyyat strukturları danışığın məğzini Qərb mətbuatına ötürməzdi. Qalır ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi.
"Böyük ehtimalla, bu idarədə Prezident Donald Trampın Rusiya - Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı hazırladığı 28 bəndlik plandan narazı qrup var və məhz bu qrup telefon danışığının təfərrüatlarını ABŞ mətbuatına ötürüb. Məqsəd Trampın ilkin variantda Ukraynanı təslimiyyətə sürükləyən planının reallaşmasının qarşısını almaq olub", - təhlilçi qeyd edib.
ABŞ tarixində bu cür halların yaxın keçmişdə də olduğunu xatırladan politoloq vurğulayıb ki, Prezidentin komandasındakı hansısa məmur şefinin siyasətindən narazı qaldığına görə məxfi məlumatları mətbuata ötürməklə hansısa prosesin qarşısını almağa çalışıb.
"AzPoltika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















