Mərkəzi küçədə asfalta çəkilən İŞIQQAYTARICI LENTLƏR NƏ ÜÇÜNDÜR? AÇIQLAMA FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının mərkəzi küçəsində yerə işıqqaytarıcı lentlər çəkilib.
Avtosfer.az xəbər verir ki, söhbət Mirzəağa Əliyev küçəsindən gedir. Küçədə velosiped zolaqlarının bitdiyi hissələrdə işıqqaytarıcı effektli lentlərlə xətlənmə aparılmasının səbəbini öyrəndik.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a bildirilib ki, həmin lentlər müvəqqəti xarakter daşıyır.
"M.Əliyev küçəsindəki sözügedən ərazidə parklanmaya giriş-çıxış mövcuddur. Həmin yerdə velosiped istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə yaşıl boya ilə keçid təşkil edilməsi nəzərdə tutulub. Yerdəki yapışqanlı lent isə xətləmənin ölçülərini dəqiqləşdirmək üçün müvəqqəti olaraq çəkilib. Rənglənmə aparıldıqdan sonra lentlər söküləcək",- deyə açıqlamada bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 26 Dekabr 2024 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















