Mərkəzi oyuna doğru: “Sabah” pusquda
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Bu həftə Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək. “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək. Oktyabrın 17-də baş tutacaq matça saat 19:00-da start veriləcək.
“Neftçi” 7 turdan sonra 16 xalla birinci sıradadır. Bir oyun az keçirən “Qarabağ”ın da eyni xalı var, lakin qol nisbətində “ağ-qaralar” öndə olduğu üçün “atlılar” üçüncü pillədədir.
Komandalar arasında keçirilən son beş matçın üçündə “Qarabağ” qələbə qazanıb. Bir görüşdə “Neftçi” qalibiyyət əldə edib, bir matç isə bərabərliklə başa çatıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi “atlılar” bu mövsüm çempionatda məğlub olmayan iki komandadan biridir (red-digəri “Sabah”dır). Komanda 6 matçda 5 qələbə qazanıb, 1 heç-heçə edib.
“Neftçi” isə son illərin ən uğurlu startını bacarıb. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv 7 matçda 5 qələbə qazanıb, 1 dəfə bərabərə qalıb, 1 dəfə də uduzub. Komandanın yeganə məğlubiyyəti “Zirə”yə olub – 0:1.
“Neftçi” ilə “Qarabağ” arasındakı son matçda da “ağ-qaralar” 2:1 hesablı qələbəyə sevinib.
Turnir cədvəlində 7 turdan sonra zirvədə üçlük hökm sürür. Bu iki kollektivlə yanaşı, “Sabah”ın da aktivində 16 xal var. Çempionlar Liqasında ilk qələbəsini bu həftə qazanan “Bayquşlar” bu turda “Qəbələ”nin qonağı olacaq. “Qırmızı-qaralar” autsayderdir və “futuristlər”in qələbə qazanmaq şansları yüksəkdir.
“Sabah” turu qələbə ilə başa vursa və mərkəzi oyunda bərabərlik qeydə alınsa, komanda liderliyə qalxacaq. Hər bir halda, “Qarabağ” – “Neftçi” matçının istənilən nəticəsi “bayquşlar” üçün liderlik yolunda fürsət olacaq. İki tərəfdən biri və “Sabah” turu qələbə ilə başa vursa, zirvədə üç hakimiyyətlilik pozulacaq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 15 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















