Mərkəzi oyuna doğru: liderlər üçün uğurlu təyinat
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasında sabah keçiriləcək “Neftçi” – “Sabah” oyununu Rauf Cabarov idarə edəcək.
Futbolpress.az xəbər verir ki, referi bu mövsüm bunadək iki qarşılaşmaya təyinat alıb. O, “Turan Tovuz” – “Şamaxı” və “Qəbələ” – “İmişli” görüşündə idarəçilik edib.
Cabarov bu matçlarda 9 sarı vərəqə göstərib, 1 dəfə penalti qərarı verib.
FIFA referisi ötən mövsüm “Neftçi”nin 4, “Sabah”ın isə 3 oyununa təyinat alıb:
Karvan-Yevlax – Neftçi 0:3
Araz-Naxçıvan – Neftçi 0:4
Neftçi – Sumqayıt – 2:2
İmişli – Neftçi 0:0
Sabah – Karvan-Yevlax 4:1
Qəbələ – Sabah 0:1
Turan Tovuz – Sabah 1:2.
Mütəxəssisin idarə etdiyi matçlarda hər iki komanda uduzmayıb. “Sabah” bütün görüşlərdə qələbə qazanıb, “Neftçi” isə 2 dəfə heç-heçə edib, 2 dəfə qalib gəlib.
Matçın VAR hakimi Kamal Umudlu olacaq. O, bu mövsüm hər iki kollektivin bir matçında olub. “Neftçi”nin “Sumqayıt”ı, “Sabah”ın isə “İmişli”ni 3:1 hesabıyla məğlub etdiyi görüşlərdə baş hakim qismində Umudlu iştirak edib.
Sabah baş tutacaq “Neftçi” – “Sabah” oyununa saat 19:30-da start veriləcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 08 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















