Icma.az
close
up
RU
“Mərkəzi Park müasir Bakının yeni nəfəsidir”

“Mərkəzi Park müasir Bakının yeni nəfəsidir”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər dünyada iri şəhərlərin inkişafında əsas prioritetlərdən biri ətraf mühitin ekoloji tarazlığını qorumaq və ictimai-yaşıllıq məkanlarını artırmaqdır. Bu tendensiya xüsusilə əhalisi sıx və sürətli urbanizasiya mərhələsində olan şəhərlərdə aktuallığını qoruyur.

Paytaxt Bakı da bu qlobal tendensiyaya qoşularaq, son illərdə urban mühitin transformasiyası istiqamətində mühüm layihələr həyata keçirir. Paytaxtın tarixi silueti, memarlıq irsi və mədəni landşaftı qorunmaqla, şəhərin daha funksional, ekoloji cəhətdən dayanıqlı və sosial baxımdan inklüziv olması üçün genişmiqyaslı planlama prosesi icra olunur. Bu baxımdan, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” gələcəyin Bakısını formalaşdırmaq üçün əsas yol xəritəsi rolunu oynayır. Baş planın əsas prioritetlərindən biri şəhərin mərkəzində yaşıl və ictimai məkanların genişləndirilməsi, eyni zamanda, tarixi məkanların və urban irsin qorunmasıdır. Bu yanaşma ilə həyata keçirilən Mərkəzi Parkın genişləndirilməsi layihəsi, təkcə, estetik və funksional baxımdan deyil, həm də sosial və ekoloji cəhətdən dəyərli təşəbbüs kimi çıxış edir. Mərkəzi Park, sadəcə, yaşıllıq sahəsi deyil, müasir Bakının yeni nəfəsidir. O, insanla şəhər arasında olan münasibəti yenidən qurmağa, yerli sakinlərin həyat keyfiyyətini artırmağa və paytaxtın memarlıq kimliyini müasir urbanizasiya ilə harmoniyada inkişaf etdirməyə yönəlmiş strateji layihədir. Yaşıl fəza ilə ictimai həyatın kəsişdiyi bu məkan Bakının gələcək vizyonunun parlaq nümunəsinə çevrilməkdədir. Parkının genişləndirilməsi yalnız yaşıllıq sahəsinin artırılması deyil, eyni zamanda, şəhərin sosial, memarlıq və ekoloji mühitinə inteqrasiyanı nəzərdə tutan çoxşaxəli təşəbbüsdür.

“Qafqazinfo” AZƏRTAC-a istinadən Bakı şəhərinin ekoloji və şəhərsalma baxımından inkişafına yönəlmiş aparıcı layihələrindən biri olan Mərkəzi Parkın genişləndirilməsi ilə bağlı araşdırmasını təqdim edir:

Parkın mərhələli inkişafı: 2019-dan bu günə

Mərkəzi Parkın salınması ideyası şəhərin mərkəzində funksional, ekoloji və sosial cəhətdən faydalı ictimai fəzanın yaradılması zərurətindən doğub. Bu təşəbbüs təkcə ətraf mühitin sağlamlaşdırılması deyil, həm də paytaxtın memarlıq simasının müasirləşdirilməsi və sakinlərə daha keyfiyyətli urban mühit təqdim etmək məqsədi daşıyır. Parkın birinci hissəsinin açılışı 2019-cu il may ayında olub. Bu mərhələdə infrastruktur baxımından geri qalan keçmiş “Sovetski” adlandırılan ərazi sökülərək, yerində müasir tələblərə cavab verən geniş park məkanı yaradılıb. İlk mərhələ şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb, çünki bu zonada ilk dəfə idi ki, belə geniş ictimai istirahət sahəsi formalaşdırılmışdı. Burada gəzinti yolları, oturacaqlar, fəvvarələr və müasir landşaft dizaynı park mədəniyyətində yeni standart yaradıb.

2022-ci və 2024-cü illərdə isə müvafiq olaraq parkın ikinci və üçüncü hissələri sakinlərin istifadəsinə verilib. Bu müddət ərzində parkın funksionallığı genişləndirilib. Artıq park yalnız gəzinti və istirahət deyil, həm də müxtəlif ictimai tədbirlər və ailəvi əyləncə üçün məkan kimi fəaliyyət göstərməyə başlayıb. Velosiped yolları, açıq hava idman zonaları, uşaq oyun meydançaları və sakit istirahət sahələri əlavə edilib. Park ərazisinin ətrafındakı nəqliyyat və piyadaların hərəkəti də optimallaşdırılıb. Şəhərin dinamik ritminə uyğun olaraq burada həm fəal, həm də sakit həyat tərzini dəstəkləyən sahələr yaradılıb. Həmçinin daha çox ağac əkilib, dekorativ bitki zolaqları yaradılıb və su elementlərinin sayı artırılıb. Hazırda parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, dördüncü hissədə parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.

Tarix yaşıllığın içində yaşayacaq

Hazırda həyata keçirilən dördüncü mərhələ parkın ən geniş əhatəli və konseptual baxımdan zəngin hissəsi hesab olunur. Metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq. İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Zəngin biomüxtəliflik sayəsində şəhər mərkəzində ekoloji təmiz və istirahət üçün münasib mühit və ictimai məkanlar yaradılacaq.

Park ərazisində böyük süni gölün də yaradılması nəzərdə tutulur. Bu göl ətrafında xüsusi aktivlik yaratmaqla, təkcə parkın deyil, Bakının ən cəlbedici elementlərindən biri olacaq. Gölün yerləşdiyi zonada əkiləcək bitkilər və güllər ərazinin estetikasına əlavə dəyər qatacaq.

Funksional olaraq, parkın dördüncü hissəsində rekreasiya, gölkənarı istirahət, idman, mədəni tədbir zonaları və uşaq oyun meydançaları nəzərdə tutulur. Layihədə ətrafdakı yaşayış zonaları və nəqliyyat infrastrukturu ilə əlaqələndirməyə xüsusi diqqət yetiriləcək.

Ərazidə mövcud olan tarixi tikililərin yeni funksiyalarla zənginləşdirilərək yenidən qurulması və parka inteqrasiyası planlaşdırılır. Nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili nəzərdə tutulur.

Eyni zamanda, "Təzə Pir" məscidi ətrafındakı və Baş planla ictimai-işgüzar zona kimi müəyyən edilmiş ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır. Layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur. Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq.

Qeyd edilən işlər paytaxtımızın unikal tarixi və memarlıq siması saxlanılmaqla, Baş plana və müasir şəhərsalma standartlarına uyğun olaraq daha da inkişaf etdirilməsi, rahat, mobil və yaşıl şəhərə çevrilməsi istiqamətində atılan növbəti önəmli tədbirlər sırasındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri