Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Mərmərə dənizində oksigen tükənir: Bundan sonra nə baş verəcək?

Mərmərə dənizində oksigen tükənir: Bundan sonra nə baş verəcək?

Azpost saytına istinadən Icma.az xəbər verir.

Son dövrlərdə Mərmərə dənizində köpəkbalığı və vatozların sahilə yaxın ərazilərdə daha sıx müşahidə olunması mütəxəssisləri narahat edir. Hətta 6 metrlik dayaz sularda belə rast gəlinən bu növlərin dərinliklərdən sahilə üz tutmasının əsas səbəbi, dənizdə oksigen çatışmazlığının getdikcə artmasıdır.

Qaynarinfo xəbər verir ki, bu vəziyyət təkcə balıq növlərinin deyil, eyni zamanda milyonlarla insanın da həyatını təhdid edir.

Oksigen çatışmazlığının səbəbləri

“WWF-Türkiyə”nin qığırdaqlı balıqlar üzrə məsləhətçisi Dr. Hakan Kabasakal bildirir ki, Mərmərə yarı qapalı dənizdir və Qara dənizlə Egey dənizi arasında yerləşən bu su hövzəsi Türkiyənin ən sıx məskunlaşmış şəhərləri ilə əhatələnib. Hər gün milyonlarla insanın məişət tullantıları nəhayətində Mərmərəyə axıdılır.

Bundan əlavə, İzmit körfəzi başda olmaqla bölgədəki güclü sənayeləşmə, həmçinin ətraf kənd təsərrüfatı sahələrindən axan pestisid və gübrə tərkibli sular da bu çirklənməyə səbəb olur. Qara dənizdən axan və Avrasiya bölgəsinin sənaye-təsərrüfat tullantılarını daşıyan çaylar da Mərmərəyə daxil olur ki, bu da antropogen (insan mənşəli) çirklənməni artıran amillərdəndir.

24 milyon insan sahil şəhərlərində yaşayır

2021-ci il üzrə Türkiyə Statistika Qurumunun məlumatına görə, ölkə əhalisinin təxminən 28 faizi – yəni 24 milyon nəfər – Mərmərə dənizinə sahili olan yeddi vilayətdə yaşayır. Sıx əhali və inkişaf etmiş sənaye ilə yanaşı, kənd təsərrüfatı və heyvandarlıq fəaliyyəti su və enerji sərfiyyatını artırır, nəticədə tullantı miqdarı da yüksəlir.

“Şəhər və cəmiyyət” jurnalında 2022-ci ildə yayımlanan məqalədə qeyd olunub ki, Mərmərə dənizinə hər gün təxminən 5,5 milyon kubmetr tullantı su boşaldılır. Bu, artıq 40 ildir davam edən bir prosesdir və nəticədə dənizin dib qatlarında hipoksiya – yəni 1 litr dəniz suyunda 2 mq-dan az oksigen olması – getdikcə yayılmaqdadır.

Özəlliklə Şərqi Mərmərədə bu vəziyyət 200 metrə qədər olan dayaz ərazilərdən başlayır. 2024-cü ilin fevral ayında aparılan ölçmələrə görə, anoksiya – yəni sıfır oksigen şəraiti – artıq 375 metr dərinliyə qədər çatıb.

Mərmərədə yaşayan qığırdaqlı balıqlar azalmaqdadır

Dr. Kabasakalın məlumatına görə, hal-hazırda Mərmərə dənizində 25 demersal (dibə yaxın yaşayan) və 1 pelajik (orta su qatında yaşayan) olmaqla ümumilikdə 26 qığırdaqlı balıq növü qeydə alınıb. Bunlara “Hexanchus griseus”, “Galeus melastomus”, “Scyliorhinus canicula”, “Mustelus mustelus”, “Squalus acanthias”, “Raja clavata” və s. daxildir.

Lakin oksigen çatışmazlığı səbəbindən Şərqi Mərmərədə bu növlərin sayı cəmi 11-ə qədər enib. Bu isə dəniz ekosistemindəki pozuntunun qığırdaqlı balıqlar üçün ciddi təhlükə yaratdığını sübut edir.

Sahillərdə görünən növlər

Dr. Kabasakal son üç ilini yalnız bu mövzunu araşdırmağa həsr etdiyini bildirərək qeyd edir ki, hal-hazırda Şərqi Mərmərədə müşahidə olunan 11 növ bunlardır: “Galeus melastomus”, “Scyliorhinus canicula”, “Mustelus mustelus”, “Oxynotus centrina”, “Squalus acanthias”, “Squalus blainville”, “Raja clavata”, “Raja miraletus”, “Dasyatis pastinaca”, “Dasyatis tortonesei” və “Myliobatis aquila”.

Ən diqqətçəkən məqamlardan biri isə normalda 1000 metrdən dərin sularda yaşamalı olan “Centrophorus uyato” və “Echinorhinus brucus” kimi növlərin son illərdə dayaz sularda görülməsi, lakin 2022-ci ildən sonra onların tamamilə itməsi ilə bağlıdır.

Mavi köpəkbalığı da artıq Mərmərədə yoxdur

Keçmişdə Mərmərədə görünən mavi köpəkbalığı da artıq buradan çəkilib. Hakan Kabasakal bildirir ki, bu növ, ekosistemin balansını qoruyan “təpə yırtıcı”lardan biridir. Xəstə və zəif növləri ovlayaraq sağlam canlıların yaşaması üçün şərait yaradırdı. Bu kimi yırtıcılar yox olduqda isə onların yerini “mezopredatorlar” – kiçik ölçülü ara yırtıcılar – tutur, lakin onların da sayı getdikcə azalır.

Gələcək üçün senarilər və tədbirlər

Son 30 ildə Mərmərə dənizinin dərin qatlarında oksigen miqdarı dəniz canlılarının yaşaması üçün minimum səviyyənin altındadır. Qida zəncirinin yuxarı pilləsində olan dərin su köpəkbalıqları, dayaz sularda yaşayan növlərin yerini tutmağa başlayıb. Bu dəyişikliklərin balıqçılığa necə təsir edəcəyi hələ məlum deyil.

Dr. Kabasakal qeyd edir ki, əgər antropogen və qurudan gələn çirklənmə mənbələrinin dənizə daxil olması 40% azaldılarsa, Mərmərə hipoksiya vəziyyəti 6 ilə geri çevrilə bilər. Lakin oksigen səviyyəsi normallaşsa belə, canlıların əvvəlki müxtəlifliyə və bolluğa qayıtması zəmanətli deyil.

Yekun olaraq: Mütəxəssislər bildirir ki, Mərmərə dənizində təcili tədbirlərin görülməsi vacibdir. Əks halda bu ekosistemin daha da çökməsi və bənzərsiz növlərin tamamilə yox olması ilə nəticələnə bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azpost.info
archiveBu xəbər 20 İyul 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri