Icma.az
close
up
RU
Mertensdən Türkiyə, Qalatasaray və Osimhenlə bağlı etiraflar

Mertensdən Türkiyə, Qalatasaray və Osimhenlə bağlı etiraflar

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

''Qalatasaray''ın belçikalı ulduzu Dris Mertens sabiq nigeriyalı futbolçu Con Obi Mikelin ''yutub'' kanalının qonağı olub.
Ötən ay Viktor Osimhen də Obi Mikelə müsahibə vermişdi. Mövsümün sonunda karyerasını bitirəcəyi güman edilən Mertens türk insanı, ''Qalatasaray''ın böyüklüyü və digər məqamlar haqda danışıb:

''Mən Türkiyəyə gələndə ''Qalatasaray'' tarixinin ən uğursuz mövsümlərindən birini geridə qoymuşdu. 13-cü pilləni tutmuşdular. Yeni və təcrübəli isimlər axtarırdılar. Açığı, Türkiyəyə gəlib bir il oyandıqdan sonra karyeramı bitirməyi planlaşdırırdım. Ona görə də birillik müqavilə imzaladım. Amma göründüyü kimi burda artıq 3-cü mövsümümü keçirirəm və iki çempionluq qazanmışam. Ümid edirəm ki, ardıcıl üçüncü çempionluğu da qazanacam. Bu, mənim üçün inanılmaz təcrübə olardı. Türkiyədə yaşadıqca ölkəni tanımaq istəyirsən. Antalyaya, Trabzona və ya İzmirə səyahət edib ordakı insanların nə qədər istiqanlı olduğunu görürsən. Öz ölkələri ilə qürur duyurlar. İtaliyada da belə idi. Orda da insanlar öz ölkələri ilə qürur duyurdu. Türk xalqı qürurludu və bunu da göstərməyə çalışırlar. Məsələn, sənə çay ya da yemək təklif edirlər. Çay mövzusu lap dəhşətdi. Az qala zorla sənə içizdirirlər. Türkiyəyə gəldikdən sonra məni ən çox nə təəccübləndirib? ''Qalatasaray''ın böyüklüyü. ''Napoli''də də oynamışam. Amma ''Qalatasaray'' həqiqətən də bütün dünyada tanınan bir klubdu. Düzdü, kənarda oynayanda da bu klubun adını tez-tez eşidirsən. Amma klubun daxilində olduqda ''Qalatasaray''ın böyüklüyünü daha yaxşı anlayırsan. Həm də türk insanının futbola nə qədər bağlı olduğunu görürsən. Türklər hər yerdə var. Almaniyada, Belçikada... Başqa ölkədə belə restorana gedəndə orda da türkləri görürəm. Əvvəllər bunun fərqinə varmırdım və bu dərəcədə fikir vermirdim. Amma indi mənə elə gəlir ki, türklər dünyanın hər yerində var. Osimheni gəlməyə mən vadar etdimmi? Bəli, mən razı saldım. İnanılmaz bir səviyyəyə malikdi. İndi dünyada onun kimi hücumçu demək olar, yoxdu. Levandovski artıq yaşlanıb. Benzema da artıq yoxdu. Viktor hazırda dünyanın ən güclü 3 hücumçusundan biridi. Mükəmməl futbolçu olmaqla yanaşı həm də əla insandı. Onun kimi futbolçuya sahib olduğumuz üçün çox şanslıyıq. Hələ də inkişaf etməyə qadirdi. Hər şey özündən asılıdı. Daha da qola ac olmalı, indiki səviyyəsi ilə kifayətlənməməlidi. Hər 10 dəqiqədən bir qol vurmağa çalışmalıdı. Ən azı buna cəhd etməli və özünü bir qədər də maksimum səviyyəyə çatdırmalıdı. Amma çox faydalı oynayır. Bir yerdə dayanmır və hər zaman boş zonaya açılmağa çalışır. Bu hərəkəti ilə bizim üçün də zonalar açır''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri