Icma.az
close
up
RU
Menu

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

Qarayara ilə bağlı rəsmi məlumat

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

AFFA nın Hesabat Konfransı keçiriləcək

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

“Qalatasaray” Osimhenlə coşdu

“Qalatasaray” Osimhenlə coşdu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Tur “Qalatasaray”ın “Antalyaspor”u darmadağın etməsi ilə start götürdü. Halbuki Antalya təmsilçisi son 7 turda yalnız bir dəfə uduzmuşdu. Amma “Rams Park”da Əmrə Belözoğlunun komandası güclü rəqibə yalnız yarım saat müqavimət göstərə bildi.

Osimhen təkcə vurduğu qollarla yox, həm də Morataya növbəti dəfə jest etməsi ilə könülləri fəth etdi. O, penaltini vurmaq hüququnu məhz ispaniyalı forvarda verdi. “Qalatasaray” superliqada mövsümün 27-ci oyununu 22 qələbə və 71 xal göstəriciləri ilə tamamladı. Turnirin tarixində ilk 27 oyunda yalnız bir komandanın – ötən mövsümkü “Qalatasaray”ın göstəriciləri bundan daha yaxşı olub (23 qələbə, 72 xal).
Onu da bildirək ki, “Cim-Bom” XXI əsrdə Türkiyə çempionatında ilk 27 oyunu məğlubiyyətsiz tamamlayan birinci komanda oldu!
Tur İstanbulun digər nəhəngləri üçün uğurlu keçmədi. Hətta Konya səfəri “Beşiktaş” tarixinə qara ləkə kimi düşdü. Çünki meydan sahibləri faktiki son yarım saatı 9 (!) futbolçu ilə keçirdilər. 27-ci dəqiqədə Melih Bostan kobud oyuna görə birbaşa qırmızı vərəqə aldısa, 65-ci dəqiqədə Ndao ikinci “sarı” ilə meydandan qovuldu. Ötən tur “Qaziantep” də “Beşiktaş”la oyunda qələbə qolunu azlıqda vurmuşdu! Bu dəfə yeganə qolu fasilə ərəfəsində Uğurcan Yazğılı vurdu. Maraqlıdı ki, 25 yaşlı müdafiəçi ötən mövsüm “Beşiktaş”la ev oyununda (0:2) avtoqol müəllifi olaraq antiqəhrəmana çevrilmişdi.
Fatih Təkkənin “Trabzonspor”dakı debütü nağıllardakı kimi alındı. Mövsümün ilk 12 səfər oyununda qələbəyə həsrət qalaraq antirekordunu yeniləyən komanda yeni məşqçi ilə ilk oyundaca bu sindroma son qoydu. Özü də Trabzon təmsilçisi heç də zəif olmayan “İstanbul BŞ”ni səfərdə darmadağın etdi. Meydan sahiblərinin heyətində hesab 0:1 olarkən Pyontekin penaltidən yararlana bilmədiyini də vurğulayaq. Maraqlıdı ki, “Trabzonspor” çempionatda son səfər qələbəsini yenə də bu rəqiblə oyunda əldə etmişdi. Ötən mövsümün 37-ci turuna, yəni ötən ilin mayın 18-nə təsadüf edən həmin qələbə 1:0 hesabı ilə əldə olunmuşdu. Qaradənizlilərin təcrübəli əlcək sahibi Uğurcan Çakır bu mövsüm superliqada ən çox (98) seyv edən qapıçı statusundadı.
“Bodrum” Türkiyə futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməkdə davam edir. Elitada ilk mövsümünü keçirən və aşağı liqaya yuvarlanmağa əsas namizədlərdən sayılan bu komanda məşqçi dəyişikliyindən sonra məğlub olmaq bir yana, heç qol da buraxmır. Çətin Rizə səfərində 2:0 qalib gələn “Bodrum” bir vaxtlar Joze Mourinyonun köməkçisi olmuş Joze Moraişin rəhbərliyi altında keçirdiyi 6-cı superliqa matçında da həm uduzmadı (4 qələbə, 2 heç-heçə), həm də qol buraxmadı! 15-ci pilləyə yüksələn komanda noyabrdan bəri ilk dəfə düşmə zonasından çıxdı.
Yeri gəlmişkən, “Bodrum”un qələbəsi ilə həm də elitanı tərk edən ilk klubun adına aydınlıq gəldi. “Adana Dəmirspor”un artıq riyazi cəhətdən də superliqada qalmaq şansı tükəndi! İzmirdən bərabərliklə dönən digər debütant “Eyüpspor” xal hesabında “Beşiktaş”a çatdı. Turun mərkəzi oyununda “Fənərbaxça” 3-cü pillədəki “Samsunspor”u qəbul etdi. Sentyabrdan bəri superliqada evdə xal itirməyən “Fənərbaxça” aşkar favorit sayıldığı qarşılaşmada ümidləri doğrultmadı. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkən Mourinyonun komandası ilk real fürsətini yalnız 72-ci dəqiqədə yaratdı.
Düzdü, son 10-15 dəqiqədə “Fənər” qorxunc üstünlüyə malik oldu, qapıya ümumilikdə 28 zərbə vurdu. Amma topu heç cür tora göndərmək mümkün olmadı. “Samsunspor” “Fənər”ə dejavü yaşadaraq yenə çempionluq yolunda güclü rəqibə ciddi zərbə vurdu. Samsun təmsilçisi ötən mövsüm də Kadıköydən xalla qayıtmışdı (1:1). Elə bu komandaların ilk dövrədəki oyununda da bərabərlik (2:2) qeydə alınmışdı. Növbəti dəfə “dişə vurulası” rəqiblə oyunda çətinlik çəkən “sarı-lacivərdlilər”in çempionluq şansı artıq möcüzələrə qaldı. Qeyd edək ki, “Fənər” bu mövsüm tura ilk “5-lik”də daxil olan klublara qarşı keçirdiyi 6 oyunun hamısında qələbəyə həsrət qalıb (4 heç-heçə, 2 məğlubiyyət)!
28-ci tur
Qalatasaray – Antalyaspor 4:0

Osimhen, 30; 45+3; 52. Morata, 45-p.
Qalatasaray: Muslera, Frankovski, Sançes (Kaan Ayhan, 77), Abdulkadir Bardakcı, Ərən Elmalı, Sara, Torreyra (Lemina, 68), Yunus Akgün (Şallai, 68), Morata, Barış Alpər Yılmaz (Berkan Kutlu, 83), Osimhen (Mertens, 68).
Fənərbaxça – Samsunspor 0:0
Fənərbaxça: Livakoviç, Oğuz Aydın, Mərt Müldür (Mərt Hakan Yandaş, 82), Şkrinyar, Ciku (İrfan Can Kahveci, 71), Kostiç (Osayi-Samuel, 58), Fred, Amrabat, Tadiç (Şimanski, 58), Talişka (Ən-Nəsiri, 58), Ceko.
Konyaspor – Beşiktaş 1:0
Uğurcan Yazğılı, 45.
Beşiktaş: Mərt Günok, Tayyib Sanuç (Semih Kılıçsoy, 46), Uduoxay (Onur Bulut, 55), Paulista (Əmirhan Topçu, 46), Masuaku, Fernandeş, Oksleyd-Çemberleyn (Arroyo, 67), Raşitsa (Salih Uçan, 79), Rafa Silva, Mario (Muçi, 46), İmmobile.
İstanbul BŞ – Trabzonspor 0:3
Banza, 6. Ozan Tufan, 62. Mendi, 82.
İstanbul BŞ: Muhammed Şengezər, Dəniz Türüc, Duarte, Ba (Operi, 78), Opoku, Yusuf Sarı (Fiqeyredo, 69), Berat Özdəmir, Ömər Əli Şahinər, Yusuf Sarı (Ömər Bəyaz, 79), Umut Günəş (Brniç, 69), Pyontek (Keni, 79).
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Hüseyin Türkmən (Sərdar Saatçı, 60), Bataqov, Mustafa Eskihellaç, Lundstram, Mendi (Jabol-Folkarelli, 90+1), Visça (Arif Boşluk, 90+1), Ozan Tufan (Zubkov, 85), Sikan (Çam, 61), Banza.
Göztəpə - Eyüpspor 1:1
Romulo, 71-p. – Tayfur Bingöl, 65.
Kasımpaşa – Alanyaspor 2:1
Fall, 30. Hayradinoviç, 36-p. – Vilhena, 38.
Qaziantep – Kayserispor 1:0
Okereke, 52.
Çaykur Rizəspor – Bodrum 0:2
Alikulov, 22-öz qapısına. Bardi, 62.
Hatayspor – Sivasspor 3:2
Butobba, 30. Rəcəp Yılmaz, 55. Kilama, 65 – Koyta, 23. Manay, 58.
1. Qalatasaray 27 22 5 0 68-27 71
2. Fənərbaxça 26 19 5 2 63-23 62
3. Samsunspor 27 15 6 6 44-30 51
4. Beşiktaş 26 12 8 6 39-26 44
5. Eyüpspor 26 12 7 7 39-28 43
6. Qaziantep 26 11 5 10 36-35 38
7. Göztəpə 26 10 7 9 44-34 37
8. İstanbul BŞ 26 10 6 10 41-37 36
9. Trabzonspor 26 9 8 9 43-31 35
10. Kasımpaşa 27 8 11 8 47-52 35
11. Çaykur Rizəspor 27 10 3 14 34-46 33
12. Antalyaspor 27 9 6 12 30-51 33
13. Konyaspor 27 8 7 12 33-40 31
14. Alanyaspor 27 8 7 12 31-40 31
15. Bodrum 27 8 6 13 20-29 30
16. Sivasspor 27 7 6 14 33-45 27
17. Kayserispor 26 6 9 11 27-46 27
18. Hatayspor 26 4 7 15 29-46 19
19. Adana Dəmirspor (-12) 26 2 4 20 25-60 -2
Bombardirlər: Osimhen (Qalatasaray) – 20, Pyontek (İstanbul BŞ) – 18, Banza (Trabzonspor) – 17, Ən-Nəsiri (Fənərbaxça) – 16.
Növbəti turun oyunları martın 28-31-i aralığında keçiriləcək: Antalyaspor – Alanyaspor, Beşiktaş – Qalatasaray, Bodrum - Fənərbaxça, Eyüpspor – İstanbul BŞ, Kayserispor – Hatayspor, Konyaspor – Qaziantep, Samsunspor – Kasımpaşa, Sivasspor – Adana Dəmirspor, Trabzonspor - Göztəpə.
Turun rəqəmi
1 – “Beşiktaş”ın azlıqda qalan rəqiblərə qarşı qəribə sindromu davam edir. İstanbul nəhəngi superliqa çərçivəsində ardıcıl 5-ci dəfə oyunu azlıqda tamamlamaq məcburiyyətinə qalan rəqibi məğlub edə bilmədi! Bu hal daha öncə ötən tur “Qaziantep”lə (1:2), 20-ci turda “Samsunspor”la (0:0), 11-ci turda “Kasımpaşa”yla (1:3) və 5-ci turda “Trabzonspor”la (1:1) oyunlarda da yaşanmışdı. Bu dəfə isə “Qartal” bir qədər də “irəli getdi”. Komanda tarixində ilk dəfə superliqada oyunu 9 nəfərlə tamamlayan bir rəqibə məğlub oldu!
Turun ulduzu
Viktor Osimhen (Qalatasaray) – ardıcıl 3-cü dəfə onu turun ulduzu seçirik. Nigeriyalı forvard meydanda canını qoymaqla və mükəmməl məhsuldarlıq sərgiləməklə artıq fanatların sevimlisi İkardini də unutdurub. Bu dəfə Osimhen Türkiyə karyerasında 1-ci, peşəkar karyerasında 6-cı het-trikini rəsmiləşdirərək bombaridlər yarışında liderliyə yüksəldi. “Qalatasaray”ın superliqada vurduğu son 15 qolun 10-u onun hesabındadı. 22-ci superliqa matçında vurduğu qolların sayını 20-yə çatdıran 26 yaşlı forvard orta hesabla hər oyuna vurduğu qol (0,91) baxıından karyerasının zirvə nöqtəsindədi! Maraq üçün bildirək ki, “Qalatasaray”ın heyətində Türkiyə çempionatında ilk 22 qarşılaşmada bundan daha yaxşı performans göstərən sonuncu futbolçu Mario Jardel olub (2000/01, 21 qol).
Turun sitatı
Yüksəl Yıldırım, “Samsunspor”un prezidenti:

“Məni ”Fənər”in psixoloji durumunu pozmaqda günahlandırırlar. Amma lütfən, məni “Fənər” düşməni etməyin. Bu oyun üçün futbolçulara 10 qat artıq pul mükafatı vəd etməyim ağ yalandı. İnanmırsız, futbolçuların özündən soruşun. Bəlkə də bizi yenməliydilər. Amma bacarmadılar. Mənim rəqibim “Fənərbaxça” deyil. Biz avrokuboklara vəsiqə üçün oynayırıq. 1 xal üçün meydana çıxmışdıq və buna da nail olduq. Samsun fanatları küçələrə axışıb və bu 1 xalı çempion olmuş kimi qeyd edirlər. Biz kiçik camiəyik. Çempionluğumuz yoxdu. Maksimum hədəf avrokuboklardı. Mən heç kimin düşməni deyiləm. Məni öz komandamın uğurundan başqa heç nə maraqlandırmır. Burdan bütün Türkiyəyə söyləyirəm ki, “Qalatasaray”la oyuna da yalnız qələbə üçün çıxacağıq!”


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:

“Sosial şəbəkələrə fikir verməməyə çalışıram. Orda saxta hesablar açaraq bilərəkdən “Qalatasaray”ı qarışdırmağa çalışırlar. İlk mövsümdə ardıcıl 14 qələbədən sonra Konyada uduzduq və istefa paylaşımları edildi. Ötən mövsüm “Sparta”ya məğlubiyyətdən sonra da bənzər durum yaranmışdı. Bu mövsüm də eyni şeyin şahidi oluruq. Meydanın içində qalmalı, kənar şeylərə fikir verməməliyik. Sözlərimi seçməyə çalışıram. Çünki bu mövzulara toxunan kimi cəza verirlər. May bizim aydı. May yaxınlaşdıqca, havalar isindikcə coşqumuz da artır. Bu cür inamlı qələbəyə çox ehtiyacımız var idi. Rəqib gözləmədiyimz sistemlə oynadığı üçün ilk qola qədər bir qədər çətinlik çəkdik. Amma 1-ci qoldan sonra rahatladıq. Yığma fasiləsinə belə böyük xal fərqi ilə yollanmağımız psixoloji cəhətdən bizim üçün çox yaxşı haldı. Mövsümün bu məqamında həm oyun, həm də nəticə baxımından yüksəlişə keçməyimiz əla oldu. Son 2,5 ildə derbilərdə qələbə faizimiz yüksəkdi. Bunu “Beşiktaş”la oyunda da davam etdirməyə çalışacağıq. Son vaxtlar az-az gülümsəyirəm? Çünki soyadım Burukdu”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Bu gün məğlub olmağımız mümkün deyildi. Qapıda Livakoviçin yerinə mən olsaydım, yenə də uduzmazdıq. Çünki rəqib qapımıza yaxınlaşmadı və “çərçivə”yə bir zərbə də vurmadı. Amma əsas hədəfimizə çata bilmədik. Qalib gəlmək üçün qol vurmaq lazımdı. 3 gün öncə 120 dəqiqəlik oyun keçirdiyimizdən bəzi futbolçular tez yoruldu. Amma tərlərinin son damlasına qədər mübarizə apardılar. Çox qol fürsəti yaratdıq. Hətta bəzi fürsətlərdə qol vurmamaq qol vurmaqdan daha çətin idi. Mətbuat konfransına daxil olmaq üçün yenə 1 saatdan çox gözləməli oldum. Bu gün qalib gələ bilmədiyimiz üçün sona qədər gözlədim. Qalib gəlsəydik, gözləməyəcəkdim. Gələn dəfə nəticədən asılı olmayaraq, belə durumda mətbuat konfransına girməyəcəm. Məşqçini 1 saatdan artıq gözlətmək hörmətsizlikdi! Çempionluq şansımızın nə qədər olduğunu bilmirəm. Çətin olacaq. Amma riyazi cəhətdən şansımız davam etdiyi müddətdə mübarizə aparacağıq. Lider olan komandanın xal itirməsi həm də ona görə çətindi ki, bəzi klublar bizə qarşı göstərdikləri motivasiyanı onlara qarşı göstərmir”.


Ole-Qunnar Sulşer, “Beşiktaş”ın baş məşqçisi:

“İki həftədi azlıqda qalan rəqibləri yenə bilmirik. Açığı, nə ötən həftə qələbəyə layiq idik, nə də bu həftə. Müdafiədə yaxşı təsir bağışlamadıq. Bizdən fərqli “Konyaspor” xüsusilə öz cərimə meydançasında çox yaxşı müdafiə olundu. Fanatlarımızdan üzr istəyirəm. Onların ümidlərini doğrulda bilmədik. Ümid edirəm ki, belə şey bir daha təkrarlanmayacaq. Son iki oyundakı performans gözlədiyim performans deyil. “Beşiktaş” bu cür oyuna, bu cür nəticələrə layiq deyil. Oyunçularım nə etsə də, alınmadı. Artıq bəzi şeyləri dəyişmək məcburiyyətindəyik. Rəqibin cərimə meydançasında topla çox oynasaq da, heç cür qol vura bilmədik. Məşqçi karyeramda daha öncə belə durumla qarşılaşmamışdım”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see401

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see400

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see287

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see225

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see210

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see199

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see188

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see179

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see172

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see168

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see168

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see166

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see165

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see163

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see161

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see158

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see148

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see144

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see144

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri