Merts: Avropa bizə ümid bəsləyir
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın yeni kansleri Fridrix Merts Bundestaqda ilk çıxışı zamanı növbəti 4 il üçün siyasət prioritetlərini açıqlayıb, genişmiqyaslı islahatların aparılacağını və Rusiya ilə müharibədə Ukraynaya kömək edəcəyini bəyan edib. Xəbəri “Euronews” verib.
Merts Avropa və ABŞ-ı Ukraynaya qarşı ümumi strategiya ətrafında birləşdirmək, ordunu “Avropanın ən güclüsü” etmək üçün gücləndirmək və ölkə iqtisadiyyatını durğunluqdan çıxarmaq niyyətində olduğunu açıqlayıb.
Xristian Demokrat İttifaqının (CDU) lideri fevralda federal seçkilərdə qalib gəldikdən sonra bir həftə əvvəl vəzifəyə başlayıb. O, artıq Aİ tərəfdaşlarına çoxsaylı səfərlər edib və fransız, polyak və britaniyalı həmkarları ilə birlikdə Kiyevə səfər edib.
Merts parlamentdəki ilk siyasi çıxışında deyib: “Avropa bizə ümid bəsləyir. Yeni hökumət bu məsuliyyəti öz üzərinə götürür”. O əlavə edib: “Almaniya öz tərəfindən etibarlılığı təmin edəcək”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 May 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















