Icma.az
close
up
RU
İlon Mask Starship gəmisinə ümid bəsləyir

İlon Mask Starship gəmisinə ümid bəsləyir

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Amerikalı milyarder İlon Mask "Starship" kosmik gəmisinin səkkizinci uçuşunun tarixini açıqlayıb. Gəmi fevralın 28-də yerli vaxtla saat 17:30-da Yer planetindən ayrılacaq.
Reyting.az
-ın məlumatına görə, "SpaceX" şirkətinin yaradıcısı İlon Maska yaxın mənbələr səkkizinci uçuşun uğurlu keçəcəyinə əmin olduqlarını bəyan etsələr də, iş adamın son açıqlamasında açıq-aydın tərəddüd də sezilib. Elə buna görə də, media Maskın yeni açıqlaması ilə yanaşı, bir məqama da xüsusilə diqqət yetirib.
Mütəxəssislər dünyanın ən zəngin adamının açıqlamasında söylədiyi "Fevralın 28-də, yerli (ABŞ vaxtı ilə) vaxtla saat 17:30-da "Starship" raketinin səkkizinci sınağı planlaşdırılıb", - ifadəsini təsadüf saymırlar.
Kosmos texnologiyasının aparıcı oyunçularından biri kimi özünü artıq çoxdan təsdiqləyən "SpaceX" şirkəti tamamilə qüsursuz, eyni zamanda müvəffəqiyyətli bir buraxılışı təmin etmək üçün vacib hazırlıqlarda da böyük irəliləyiş əldə edib. Bununla belə, hələ də yerinə yetirilməsi lazım olan bir çox əlavə və vacib vəzifələr var ki, bunlardan biri də kosmik buraxılış ərazisində hava məkanı məhdudiyyətləri ilə bağlı işlər görməkdir. Kosmik gəminin uçuşuna məsul olan şirkət əməkdaşları bildiriblər ki, görülən işlər, əvvəlcədən ABŞ Federal Aviasiya Administrasiyasından lazım olan uçuş icazəsinin alınması və "Ship 34"-ün "Booster 15" kosmik gəmisi ilə birləşməsi də hazırlıq prosesində mühüm addımdır.

ABŞ mətbuatında qeyd olunur ki, İlon Maskın narahatlığı heç də əsassız deyil, çünki "Starship" kosmik gəmisinin son sınaq uçuşu gözlənilməz “sürprizlərlə” qarşılaşa bilər.
Xatırladaq ki, ötən dəfə "Starship" raketi uğursuzluğa düçar olmuşdu. Uçuş cəhdi zamanı gəmi gücləndiricisinin uğurlu düşməsinə baxmayaraq, bu nəticə ürəkaçan olmadı. Çünki bu kosmik raket atmosferə daxil olduqdan sonra qəfildən partladı. Bu hadisə isə İlon Maskın dediyi kimi "tərtibatçılar, eləcə də mühəndislər komandası üçün dərs oldu". Milyarder isə fikrindən dönmədiyini xüsusi vurğulayıb və "Starship" kosmik gəmisinə çox ümid etdiyini bildirib.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri