Icma.az
close
up
RU
Mertsin siyasi dilemması

Mertsin siyasi dilemması

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

AfD-nin qarşısında sədd dağılırmı?

Uilyam Şekspirin “Yuli Sezar” faciəsində hakimiyyət uğrunda mübarizənin siyasi münasibətləri necə dəyişdirdiyi, şəxsi ambisiyaların və tərəddüdlərin dövlətin gələcəyinə necə təsir göstərdiyi təsvir olunur. Əsərdə siyasi qüvvələr arasındakı qarşıdurma hakimiyyət uğrunda mübarizə zamanı verilən qərarların bütöv siyasi sistemin taleyini dəyişə bildiyini göstərir. Həmin mübarizədə ən böyük təhlükə isə vahid mövqe formalaşdıra bilməyən düşərgənin daxilindəki parçalanmadan yaranır. Almaniyada Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqının (CDU) Almaniya üçün Alternativ (AfD) ilə münasibətlər ətrafında yaşadığı böhran da məhz eyni siyasi dilemmanı ön plana çıxarır.

Son dövrlər Almaniyada siyasi mübarizə yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. Əvvəllər ölkənin siyasi sistemində əsas dayaqlardan biri hesab edilən mühafizəkar Xristian-Demokrat İttifaqı öz daxilində yaranan fikir ayrılıqları ilə də üz-üzədir. “Almaniya üçün Alternativ” partiyasının yüksəlişinin ənənəvi siyasi qüvvələrin mövqelərini zəiflətdiyi bir vaxtda, kansler Fridrix Merts vahid mövqe nümayiş etdirməkdə çətinlik çəkir.

Saksoniya-Anhalt əyalətində dekabrda keçiriləcək səsvermə bu baxımdan Almaniya siyasətinin gələcək istiqamətini müəyyənləşdirə biləcək hadisələrdən biri kimi diqqət çəkir. AfD öz namizədini əyalət baş naziri vəzifəsinə gətirməyə çalışır. Cəhd uğurla nəticələnərsə, İkinci Dünya müharibəsindən sonra Almaniyada ilk dəfə ifrat sağçı siyasi qüvvənin əyalət hökumətinə rəhbərlik etməsi üçün şərait yaranacaq. Belə bir nəticə regional hakimiyyət bölgüsünü dəyişməklə yanaşı, ölkənin siyasi ənənələri, demokratik institutların dayanıqlılığı və əsas partiyaların ifrat sağa qarşı müəyyən etdiyi sərhədlər barədə müzakirələri daha da mürəkkəbləşəcək. Belə olan halda, Merts üçün durum daha da çətinləşəcək. Çünki AfD-nin qarşısını almaq çağırışları onun öz partiyasında da birmənalı qarşılanmır.

CDU rəhbərliyinin ifrat sağla əməkdaşlığa qarşı sərt mövqeyi ilə Saksoniya-Anhaltdakı bəzi yerli siyasətçilərin daha fərqli yanaşması arasında yaranan ziddiyyət kanslerin siyasi nüfuzunu sınağa çəkir. Əgər Merts öz partiyasında vahid mövqe formalaşdıra bilməsə, AfD-nin hakimiyyətə yüksəlməsi ehtimalı ilə yanaşı, mühafizəkar düşərgədə uzunmüddətli parçalanma riski də güclənəcək. Ona görə də Saksoniya-Anhaltda baş verənlər daha geniş siyasi dəyişiklikləri özündə ehtiva edir. Daha dəqiq desək, Almaniyanın siyasi mərkəzinin ifrat sağın yüksəlişi qarşısında nə dərəcədə dayanıqlı qalacağı, ənənəvi partiyaların seçici dəstəyini itirdikcə hansı güzəştlərə hazır olacağı və kanslerin öz siyasi qüvvəsinə təsir imkanlarını qoruyub saxlaya bilib-bilməyəcəyi sual altındadır. Xristian-Demokrat İttifaqına gəldikdə, partiya uzun müddət həm mərkəzçi seçicilərin, həm də mühafizəkar elektoratın əsas təmsilçilərindən biri olub və sağ siyasi düşərgədə radikal meyillərin qarşısını alan qüvvə kimi də çıxış edib. Lakin son dövrlər AfD-nin güclənməsi ənənəvi tarazlığı pozub. Halbuki miqrasiya, iqtisadi çətinliklər, sosial təminat, enerji siyasəti və hökumətə inamın azalması ilə bağlı narazılıqlar ifrat sağın seçici bazasını genişləndirir. Buna baxmayaraq, CDU-nun prosesə necə cavab verməli olduğu məsələsi partiya daxilində ciddi fikir ayrılığına səbəb olub.

Merts AfD ilə siyasi əməkdaşlığın qarşısını almağa çalışsa da, yerli səviyyədə bütün CDU nümayəndələrinin eyni mövqedə dayandığını söyləmək düzgün olmazdı. Saksoniya-Anhaltda əyalət parlamentinin sədri vəzifəsinə namizədin seçilməsi zamanı yaranan qalmaqal da məhz bu ziddiyyəti üzə çıxarıb. Gizli səsvermədə bəzi mühafizəkar deputatların AfD-nin namizədinə dəstək verdiyi barədə iddialar partiyanın ölkə rəhbərliyində ciddi narazılıq yaradıb. Belə bir vəziyyət CDU üçün siyasi etibarlılıq məsələsi kimi xarakterizə olunur. Çünki rəhbərliyin müəyyən etdiyi prinsiplər yerli səviyyədə tətbiq olunmadıqda partiyanın cəmiyyətə verdiyi mesajın aydınlığı şübhə altına düşür. Məsələnin digər tərəfi AfD-nin mövcud ziddiyyətlərdən məqsədyönlü şəkildə faydalanmasıdır.

AfD ənənəvi mühafizəkarları öz mövqelərini yenidən nəzərdən keçirməyə məcbur etməklə onları siyasi seçim qarşısında qoyur ki, onlar ya indiyədək müdafiə etdikləri sərhədləri qorusunlar, ya da regional hakimiyyət uğrunda mübarizədə yeni əməkdaşlıq imkanlarına yol açsınlar. Bu dilemmanın özü belə AfD-yə siyasi üstünlük qazandıra bilər. Çünki CDU-nun daxilində yaranan mübahisələr ifrat sağçı qüvvənin özünü sistemdən kənarda saxlanılan alternativ kimi təqdim etməsinə imkan verir. Saksoniya-Anhalt CDU-sunun səsvermənin ilk iki turunda parlament zalını tərk etmək planı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sözügedən addım AfD-nin namizədinə dəstək verilməsinin qarşısını almaq üçün hazırlanmış taktiki tədbir təsiri bağışlasa da, siyasi baxımdan qərar mühafizəkarların öz mövqelərinə nə dərəcədə əmin olduqları barədə də suallar yaradır. Əgər partiya rəqibinin namizədinə səs verilməməsini təmin etmək üçün deputatlarını səsvermə prosesindən kənarda saxlamağa məcbur olursa, bu, daxili etimadın zəiflədiyinə işarədir.

CDU nümayəndələrinin arqumenti də nəzərə alınmalıdır. Onlar AfD-nin Almaniyada qadağan olunmadığını və parlamentdə təmsil olunmasının demokratik seçkilərin nəticəsi olduğunu vurğulayırlar. Həmin yanaşma parlament prosedurlarının və seçicilərin iradəsinin nəzərə alınması prinsipinə əsaslanır. Halbuki hüquqi baxımdan fəaliyyət göstərmək imkanına malik olmaq hər hansı partiyanın siyasi tərəfdaş kimi qəbul edilməsi anlamına gəlmir. Yəni AfD parlamentdə təmsil oluna bilər, amma onun hakimiyyətə gətirilməsinə imkan verilməsi tamam başqa siyasi qərardır.

Göründüyü kimi, Saksoniya-Anhaltdakı böhran Fridrix Mertsin üzləşdiyi siyasi problemlərdən ayrı deyil. Kanslerin nüfuzunun tarixi minimuma enməsi hökumətin cəmiyyətlə münasibətlərində ciddi çətinliklərin yarandığını göstərir. Hakimiyyətə gələn siyasi liderlər seçki kampaniyası zamanı verilən vədlərin gündəlik həyatda hiss olunan nəticələrə çevrilməsini təmin etməlidir. İqtisadi gözləntilər doğrulmadıqda, sosial narazılıq artdıqda və hökumətin qərarları cəmiyyətin müxtəlif təbəqələrində inamsızlıq yaratdıqda siyasi dəstəyin zəifləməsi qaçılmaz olur. Elə Mertsin qarşısında duran əsas çətinliklərdən biri də Almaniya iqtisadiyyatının canlandırılması ilə bağlı gözləntilərdir.

Qitənin ən böyük iqtisadiyyatlarından biri olan Almaniyada iqtisadi artım, sənayenin rəqabət qabiliyyəti, enerji xərcləri və məşğulluq məsələləri hökumətin effektivliyi barədə ictimai təsəvvürə birbaşa təsir göstərir. Əgər vətəndaşlar mövcud hakimiyyətin onların maddi vəziyyətini yaxşılaşdıracağına inanmırlarsa, ənənəvi partiyalara dəstək zəifləyə və siyasi alternativlərə maraq arta bilər. Belə olan halda, AfD-nin yüksəlişi Merts hökumətinin qarşısında duran siyasi riskləri daha da artırır. İfrat sağçı qüvvə hökumətin qərarlarını tənqid etməklə yanaşı, özünü ənənəvi siyasi sistemin uğursuzluqlarına qarşı çıxan qüvvə kimi təqdim edir. Həmin strategiya ona narazılıqları vahid siyasi mesaj ətrafında birləşdirmək imkanı verir. Ona görə də CDU həm iqtisadi və sosial problemlərə həll tapmalı, həm də AfD-nin gündəmini müəyyənləşdirməsinə imkan verməməlidir.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri