Icma.az
close
up
RU
NYT: “Lyayen və Mertsin siyasi iflası”

NYT: “Lyayen və Mertsin siyasi iflası”

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrində dərc olunan məqalədə belə deyilir.
“Rusiyanın dondurulmuş aktivləri üzrə planın uğursuzluğu həm Almaniya kansleri Fridrix Merts, həm də AK-nin sədri Ursula fon der Lyayen üçün siyasi iflas oldu. Bununla belə, bu liderlər görüş iştirakçılarının razılaşdığı alternativ planın qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə imkan yaradacağını iddia edirdilər”, - məqalədə bildirilir.
Qəzetin iddiasına görə, Brüssel sammitində Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi barədə iddialı planın təsdiqi ABŞ və Rusiyanın “Avropanı Ukraynanın gələcəyi ilə bağlı müzakirələrdən dəfələrlə kənarlaşdırmasına” baxmayaraq, Avropa İttifaqının (Aİ) qlobal səhnədə əhəmiyyətli oyunçu kimi qaldığını nümayiş etdirmək məqsədi daşıyırdı. Lakin görüşün nəticəsi yalnız “Avropa İttifaqının əsas məqamda qətiyyətsizliyini” ortaya qoydu.
“Politico” nəşri də dondurulmuş Rusiya aktivlərinin Kiyevin xeyrinə müsadirəsi məsələsində konsensusun olmamasını Merts və fon der Lyayenin “böyük uğursuzluğu” kimi qiymətləndirib.
Makron: “Putinlə dialoq bərpa olunmalıdır” Alternativ variant kimi Aİ ölkələri 90 milyard avro həcmində kollektiv borclanma yolu ilə Ukraynanın maliyyələşdirilməsi mexanizmi barədə razılığa gəliblər.
- Razılaşma hər kəsə qələbə çalındığı iddiasını söyləməyə imkan versə də, bu, sammit ərəfəsində Almaniya və AK-nin nail olmağa çalışdığı qərar deyil”, - qəzet vurğulayır.
Qəzet qeyd edir ki, kollektiv borclar sxemi Cənubi Avropa ölkələrinə uyğundur, lakin maliyyə riskləri ilə bağlı narahatlıqlara görə ənənəvi qaydada belə yanaşmaya qarşı çıxan Almaniya və Şimali Avropa ölkələrinin etirazlarına səbəb olur.
Berlin üçün kompromis kimi Aİ liderləri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kreditlərin ödənilməsi üçün istifadə imkanlarına icazə versələr də, bu məsələ sonrakı müzakirələr üçün təxirə salınıb.
Eyni zamanda, Belçikanın baş naziri Bart de Veverin Rusiya aktivlərinin müsadirəsi planına qarşı çıxması, faktiki olaraq onu Aİ Şurasında “ünsiyyətdən qaçılmalı” şəxsə çevirib.
Xatırladaq ki, bu fiaskonun fonunda Fransa prezidenti Emmanuel Makron Avropanın Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpası varinatını nəzərdən keçirməli olması ideyasını irəli sürüb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri