Icma.az
close
up
RU
Merz avropalı tərəfdaşlarla koordinasiyalı şəkildə Kiyevə “Taurus” verilməsinə tərəfdardır

Merz avropalı tərəfdaşlarla koordinasiyalı şəkildə Kiyevə “Taurus” verilməsinə tərəfdardır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xristian Demokrat İttifaqının (CDU) sədri, XDİ və Xristian Sosial İttifaqının (XSU) mühafizəkar blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz Ukraynanın uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təchiz olunmasının tərəfdarı olduğunu, ancaq avropalı tərəfdaşlarla razılıq əldə olunduğu halda mümkün ola biləcəyi ilə bağlı çıxış edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Merz Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Mənim şəxsi mövqeyim və fraksiyamın mövqeyi aydındır: biz bu çatdırılmanı həyata keçirməliyik, ancaq avropalı tərəfdaşlarımızla razılığa gəldikdən sonra. Bununla belə, biz çatdırılmaları Avropa çərçivəsində koordinasiyalı şəkildə həyata keçirməliyik”, - deyə o qeyd edib. Eyni zamanda, siyasətçi növbəti Bundestaqda (Almaniya parlamenti) çoxluğun buna səs verəcəyinə şübhə etmədiyini bildirib.

Eyni zamanda, XDİ lideri hesab edir ki, Avropada silah istehsalını standartlaşdırmaq lazımdır. Onun fikrincə, bu məsələdə razılıq əldə edilməlidir. Merz Avropa ölkələrində 150-dən çox müxtəlif hərbi sistemin olduğunu və onların getdikcə bahalaşdığını qeyd edib.

Almaniya kansleri Olaf Şolz təqribən 500 km mənzilli “Taurus” raketlərinin Ukraynaya ötürülməsi ehtimalını dəfələrlə rədd edib. Hökumət başçısı bəyan edib ki, bu cür silah sistemlərinin çatdırılması ciddi eskalasiya riski ilə nəticələnəcək.

Kiyev uzun müddətdir ki, Berlindən “Taurus” raketlərini istəyir. Onlar artıq Ukraynaya təhvil verilmiş Britaniya "Storm Shadow"un analoqu hesab edilir, lakin Almaniya-İsveç raketlərinin hədəfi daha böyükdür.

Rusiya prezidenti Vladimir Putinin 2024-cü il noyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində xatırlatdığı kimi, Moskva dəfələrlə xəbərdarlıq edib ki, Qərbin uzaqmənzilli silahlarının Rusiya ərazisində istifadəsi NATO-nun münaqişəyə birbaşa müdaxiləsi deməkdir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Fevral 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri