Bu partiya “Taurus”ların Kiyevə verilməsinə QARŞIDIR
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya Sosial Demokrat Partiyası (SPD) Berlində keçirilən federal konqresində Kiyevi “Taurus” qanadlı raketləri ilə təmin etməkdən imtina bəndini özündə əks etdirən seçki proqramını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, 60 səhifədən çox olan sənəddə Kiyevə dəstək üçün səylərə sadiqlik vəd edilib, lakin vurğulanıb ki, hərbi yardım ehtiyatlılıq və uzaqgörənliklə təmin edilməlidir:
“Axı bizim üçün vacibdir ki, Almaniya və NATO özləri münaqişə tərəfinə çevrilməsin. Bu baxımdan biz kansler Olaf Şoltsun Bundesverin anbarlarından qanadlı raketlərin çatdırılmaması ilə bağlı qərarını dəstəkləyirik”.
Kiyev uzun müddətdir ki, Berlindən təqribən 500 km uçuş məsafəsinə malik “Taurus” raketlərini istəyir. Olaf Şolts münaqişənin gərginləşməsindən qorxaraq onların Ukraynaya təhvil verilməsi ehtimalını dəfələrlə rədd edib.
Qeyd edək ki, Almaniya Sosial Demokrat Partiyası Olaf Şoltsu kansler vəzifəsinə namizəd seçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 Yanvar 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















