Merz: İran danışıqlar masasına qayıtmasa, nüvə proqramı tamamilə məhv ediləcək
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merz deyib ki, əgər İran rejimi danışıqlar masasına qayıtmağa hazır olsa, əlavə hərbi müdaxiləyə ehtiyac qalmayacaq.
Turkustan.az xəbər verir ki, Kanadada keçirilən G7 Liderlər Zirvəsinə qatılan Merz İsrailin İrana hücumları ilə başlayan münaqişə ilə bağlı Almaniyanın ictimai yayımı ZDF-yə açıqlamalar verib.
İndi İrandakı vəziyyətin necə inkişaf edəcəyinə baxmaq lazım olduğunu vurğulayan Merz: "Rejim danışıqlar masasına qayıtmağa hazır olsa, əlavə hərbi müdaxiləyə ehtiyac qalmayacaq. Əks halda, İranın nüvə silahı proqramının tamamilə məhv edilməsi gündəmdə ola bilər" dedi.
Merz qeyd edib ki, İsrail lazımi silahlara malik olmadığı üçün İranın nüvə silahı proqramını tamamilə məhv edə bilməz və amerikalılarda bu silahlar var.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















