Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

İran danışıqlar masasına üstünlüklə əyləşir ŞƏRH

İran danışıqlar masasına üstünlüklə əyləşir ŞƏRH

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

ABŞ və İran arasında əldə olunan atəşkəs ətrafında yaranmış vəziyyət əslində klassik “sülh”dən daha çox, müvəqqəti “tənəffüs” mərhələsi kimi qiymətləndirilməlidir.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Modern.az-a açıqlamasında bildirib ki, bu mərhələ tərəflər arasında dərin ziddiyyətlərin aradan qalxması deyil, sadəcə olaraq gərginliyin idarə olunması və danışıqlara zəmin yaradılması məqsədi daşıyır.

Deputatın sözlərinə görə, ABŞ atəşkəsə daha çox deeskalasiya aləti kimi yanaşır.
“Vaşinqton üçün bu, gərginliyi müvəqqəti azaltmaq və diplomatik prosesə keçid üçün bir vasitədir. Ağ Ev rəsmiləri də açıq şəkildə bildirirlər ki, yekun qərar verilməyənə qədər heç nə tam razılaşdırılmış hesab edilə bilməz”, – deyə o vurğulayıb.

R.Nəbiyev qeyd edib ki, son iki həftə ərzində ABŞ tərəfindən eskalasiya təzyiq aləti kimi istifadə olunub və bu yanaşma tərəfləri danışıqlar masasına gətirmək baxımından müəyyən nəticə verib:

“Eskalasiya yalnız İrana və ya regiona deyil, eyni zamanda ABŞ-nin özünə də risklər yaradır. Bu risklər həm daxili siyasi müstəvidə, həm də qlobal səviyyədə Vaşinqton üçün proqnozlaşdırılması çətin nəticələr doğura bilər. Bu baxımdan eskalasiya daha çox taktiki alət kimi gündəmə gətirildi və nəticədə diplomatik prosesə keçid baş verdi. Cümə günü İslamabadda başlanılması gözlənilən bu danışıqları fərqləndirən digər mühüm xüsusiyyət onun ABŞ və İran arasında birbaşa aparılması olacaq. Başqa sözlə, Vaşinqton və Tehran dolayı diplomatik danışıqlardan birbaşa diplomatik danışıqlara keçir və bu dəyişiklik  razılşma əldə olunmaması yolunda müsbət amil kimi şərh oluna biilər".

Deputat bildirib ki, İran isə mövcud vəziyyəti fərqli prizmadan qiymətləndirir və hərbi əməliyyatlar müstəvisində əldə edilənin siyasi üstünlüyə çevirilməsinə çalışır. Burada da ilk nəzərdə tutulan məsələ Hörmuz boğazı üzərindəki faktiki nəzarətin de-yure təsdiq olunmasına nail olmaqdır:
“Bu kontekstdə Tehran hesab edir ki, hazırkı şəraitdə danışıqlar masasında nisbi üstünlük əldə edən tərəf kimi əyləşir. Onların irəli sürdüyü on bəndlik tələblər kataloqunun müzakirə predmeti kimi qəbul olunması belə bu üstünlüyün göstəricisi kimi təqdim olunur. Bununla belə, İran tərəfi dəfələrlə vurğulayır ki, əvvəlki danışıqlar prosesində etimad pozulub və bu faktor hələ də qalmaqdadır. Parlamentin spikeriiQalibaffın etdiyi açıqlama da buna daha bir sübutdur”.

Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflər arasında tam razılaşmadan danışmaq mümkün deyil: 
“Bu, sülh deyil, məhz tənəffüs mərhələsidir. Hazırki ilkin razılaşma yalnız əsas şərtlərin razılaşdırılması üçün ümumi çərçivə xarakteri daşıyır və gələcək danışıqlar üçün baza rolunu oynayır. Məsələn, Hörmüz boğazının açılması ilə bağlı ikin razılıq əldə olunsa da, bunun müəyyən şərtlərlə  əlaqələndirilməsi, yəni keçidin İranın hərbi qüvvələri ilə razılaşdırılması və texniki imkanlarla əlaqələndirilməsi məhdudiyyətlərin olduğunu göstərir".

R.Nəbiyev xüsusilə vurğulayıb ki, ən çətin müzakirə mövzularından biri İranın uranı zənginləşdirmə məsələsidir:
“Qərb mətbuatında da qeyd olunur ki, təqdim olunan tələblər paketinin fərqli dil versiyaları arasında ziddiyyətlər var. Bu isə onu göstərir ki, hələ vahid və yekun müzakirə sənədi mövcud deyil. Belə mürəkkəb məsələlərin razılaşdırılması isə uzunmüddətli və davamlı danışıqlar tələb edir”.

Deputat xatırladıb ki, 2015-ci il nüvə sazişinin əldə olunması belə illərlə davam edən müzakirələrin nəticəsi idi və həmin dövrdə yalnız bir istiqamət müzakirə olunurdu: “Hazırkı prosesdə isə paralel olaraq bir neçə mürəkkəb məsələ gündəmdədir və hər biri müxtəlif tərəflərin ABŞ, İran və İsrailin baxış bucağından ayrıca razılaşdırılmalıdır. Bu səbəbdən qısa müddətdə yekun sülh sazişinin əldə olunması tam real görünmür”.

Onun fikrincə, müsbət məqamlardan biri danışıqlar prosesində daha praqmatik fiqurların iştirak ehtimalıdır: 
“Əgər danışıqlara daha çox siyasi kompromisə meyilli şəxslər rəhbərlik edərsə, bu, prosesin irəliləməsinə müsbət təsir göstərə bilər”.

R.Nəbiyev həmçinin Pakistanın bu prosesdə oynadığı rolu xüsusi qeyd edib: 
“Pakistan diplomatiyasının, xüsusilə feldmarşal Munisin vasitəçilik səyləri diqqətəlayiqdir. Pakistan yalnız regional təhlükəsizlik baxımından deyil, eyni zamanda ölkə daxilindəki sosial-siyasi balans səbəbilə bu prosesdə maraqlıdır. Əhalisinin təxminən 20 faizinin şiə olması İrandakı hadisələrin birbaşa daxili sabitliyə təsir etməsi deməkdir. Pakistan həmçinin neftə olan tələbatının 80-90 faiziini Körfəz ölkələrindən idxal edir".

Deputat əlavə edib ki, Körfəz ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanı ilə Pakistan arasında olan siyasi, hərbi, təhlükəsizlik maraqları da bu prosesdə mühüm rol oynayır: 
“Bu mərhələ gələcəkdə mümkün uzunmüddətli razılaşma üçün zəmin yaratsa da, hələlik tərəflər arasında  fundamental məsələlərdə dərin ziddiyyətlər, diametral foormada maraqlar toqquşması qalmaqdadır. Yaxın Şərqin təhlükəsizlik arxitekturasında köklü dəyişikliklər olmadan,  bu isə uzunmüddətli və çox mürəkkəb məsələdir, çoxsaylı regional və qlobal aktorların iştirakını özündə ehtiva edir, tam və uzunmüddətli sülh və sabitlikdən danışmaq çox çətindir. Amma bu o demək deyil ki, aralıq müddət üçün razılşama əldə etmək mümkün deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see608

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see315

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see224

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see213

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see207

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri