Merz Tramp ilə ilin sonunadək görüşəcək
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merz 2026-cı ilin sonunadək ABŞ Prezidenti Donald Trampla şəxsən görüşməyi planlaşdırır. Görüşdə Ukrayna ətrafındakı vəziyyətin müzakirə olunacağı gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə Merz Avropa İttifaqı Şurasının sammitindən sonra keçirilən mətbuat konfransında bildirib. Məlumatı RİA Novosti yayıb.
“Dekabr ayından gec olmayaraq bunu ABŞ prezidenti ilə şəxsən müzakirə etmək üçün növbəti imkanım olacaq”, – deyə kansler qeyd edib.
Merz Tramp ilə mütəmadi telefon danışıqları apardığını da bildirib. Bununla belə, onun sözlərinə görə, Avropanın Ukraynaya gələcək dəstəklə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Qeyd edək ki, daha əvvəl Merz oktyabrın 15-16-da Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ölkələrinin liderlərinin Ukrayna ilə bağlı heç bir qərar qəbul edə bilmədiklərini açıqlamışdı.
Sentyabrda Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanması üçün imkanların olduğunu bildirmişdi. O, bu məsələnin son nəticədə Moskva və Kiyevə aid olduğunu vurğulamışdı.
Xədicə BAXŞILI
Baxış sayı:79
Bu xəbər 16 Oktyabr 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















