Tramp Zelenski ilə görüşəcək?
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırdığı, lakin mümkün həmsöhbətlər arasında Ukrayna Prezidenti Vladimir Zelenskinin adının yer almadığı bildirilir.
Bakıvaxtı.az xəbər verir ki,“Public News” nəşri məlumatı mənbələrə istinadən yayıb. Jurnalistlərin qeyd etdiyinə görə, Tramp və Zelenski arasında mümkün görüş hələlik təsdiqlənməyib.
BMT Baş Assambleyasının növbəti sessiyası ötən həftə Nyu-Yorkda başlayıb. Ənənəvi olaraq, sessiya çərçivəsində yüksək səviyyəli görüşlər həftəsi keçirilir. Ümumi müzakirələrin sentyabrın 22-26-da və 28-də keçirilməsi nəzərdə tutulub.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Onun sentyabrın 26-da Baş Assambleyada çıxış edəcəyi gözlənilir. Lavrovun tədbir çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşünün də planlaşdırıldığı bildirilir.
Qeyd edək ki, sentyabrın 8-də Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Tərəflər müxtəlif məsələlərlə yanaşı, ABŞ prezidentinin xüsusi elçilərinin Moskva və Kiyevə son səfərlərinin nəticələrini də müzakirə ediblər.
Baxış sayı:108
Bu xəbər 19 Sentyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















