Merz: “Ukraynanın bizim dəstəyimizə ehtiyacı var”
Icma.az, Ayna portalına istinadən məlumat verir.
“Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq”
Almaniya kansleri Fridrix Merz bu gün səhər Kiyevə gözlənilməz səfərə gəlib. AYNA.AZ xəbər verir ki, Merzi iqtisadiyyat naziri Katerina Reyx və müdafiə və enerji sektorlarını təmsil edən on biznes lideri müşayiət edib.
"Mən bu gün Kiyevə gəldim, çünki Ukraynanın yaxın həftələrdə bizim dəstəyimizə ehtiyacı var. Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq", Merz qatar stansiyasına gəlişindən sonra deyib.
"Tezliklə xalq müharibənin beşinci qışını yaşayacaq. Rusiya şəhərləri, yaşayış binalarını və istilik elektrik stansiyalarını bombalayır. Ukraynalıları terror məhv edə bilməz", - deyə kansler əlavə edib.
Almaniya lideri deyib ki, Ukraynaya davamlı dəstək veriləcək: "Tərəfdaşlığımız iki tərəfli bir küçədir. Almaniya və Ukrayna şirkətləri hər iki ölkəyə fayda verən texnologiyalar hazırlayırlar. Bu, bizi daha təhlükəsiz və güclü edir".
Dpa və “Reuters”in hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Merz Kiyevdə Ukraynaya 1 milyard avroluq silah və enerji sektorunun yenidən qurulması üçün 350 milyon avroluq yardım paketini elan edəcək. Digər məsələlərlə yanaşı, paketə Almaniya və Ukraynada müxtəlif növ dronların birgə istehsalı daxildir. Əsas elementlərdən biri artıq uğurlu sınaqlardan keçmiş və reaktiv mühərrikli dronları ələ keçirmək üçün nəzərdə tutulmuş Quantum dronlarının sürətləndirilmiş istehsalıdır.
“Reuters” yazıb ki, paketə həmçinin 1000 km-dən çox mənzilli uzun mənzilli silahların birgə hazırlanması və istehsalı da daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 04 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















