Zelenski: Ukraynanın sülhə ehtiyacı var!
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onların ölkəsinin müstəqilliyini və suverenliyini təmin edəcək sülhə ehtiyacı var.
Turkustan.az xəbər verir ki, Zelenski dünən axşam paylaşdığı videomüraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.
Kiyevdə ABŞ ordusunun katibi Daniel Driscoll ilə görüşünü xatırladan Zelenski, ABŞ-dan müharibəni bitirmək üçün “diplomatiyanı gücləndirəcək” plan layihəsi aldığını da xatırladıb.
ABŞ nümayəndə heyəti ilə "vacib" görüş keçirdiklərini bildirən Zelenski, "Amerika tərəfi bizə təkliflərini, müharibəni bitirmək planının maddələrini və vizyonunu təqdim etdi" dedi.
Ukrayna ilə bağlı əsas məsələləri ABŞ nümayəndə heyətinə təqdim etdiyini qeyd edən Zelenski, "Biz komandalarımızın bu təkliflər üzərində işləyəcəyi və həyata keçirəcəyi ilə bağlı razılığa gəldik. Qəfil bəyanatlar verməyəcəyik. Biz Ukrayna, ABŞ, Avropa və dünyadakı dostlarımız və müttəfiqlərimiz arasında açıq və dürüst iş aparmaq əzmindəyik" dedi.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:100
Bu xəbər 21 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















