Icma.az
close
up
RU
Merz və həyat yoldaşı ətrafında qalmaqal yaranıb

Merz və həyat yoldaşı ətrafında qalmaqal yaranıb

Icma.az, Ayna saytına istinadən bildirir.

Almaniya kansleri əleyhinə qraffiti müəllifinin evində qanunsuz axtarışlar aparılıb

Almaniya polisi 17 yaşlı fəal və Almaniya kansleri Fridrix Merz əleyhinə qraffitinin müəllifi olduğu iddia edilən Neli Kruszinskinin mənzilində qanunsuz axtarışlar aparıb. AYNA.AZ xəbər verir ki, bu barədə WDR məlumat yayıb.

Qızın evində axtarış aparılmasına qərar Arnsberq Rayon Məhkəməsi tərəfindən verilib. Məhkəmənin qərarı olan sənədin özü göstərir ki, axtarış üçün heç bir tutarlı əsas yoxdur. Çünki Axtarış qərarı şahidin qeyri-müəyyən ifadəsinə və polisə daxil olan anonim qeydə əsaslanır. Əslində bunun qeyri-qanuni olduğu üzə çıxıb. Neli özü də günahını etiraf etmir.

Müstəntiqlərin axtarış qərarına təsir edən isə Almaniya kanslerinin həyat yoldaşı Şarlotta Merzdir. O bu işdə hər hansı əli olduğunu inkar edir.

17 yaşlı Nelinin vəkili hadisəni “prokurorluğun tam uğursuzluğu” adlandırıb. Onun fikrincə, məhkəmə sübutları diqqətlə öyrənsəydi, qanunsuz axtarışdan yayınmaq olar. O həmçinin “istintaqda iştirak edən polis əməkdaşının müstəqilliyinə” şübhə ilə yanaşıb.

Bundan əvvəl almanların əksəriyyəti Fridrix Merzin Almaniya kansleri kimi fəaliyyətindən narazı olduqlarını bildiriblər. Almaniya sakinlərinin 62 faizi ölkə hökumətinin işindən, 59 faizi isə Merzin öz postundaki fəaliyyətindən narazıdır. Respondentlərin 60 faizi onun vəd etdiyi siyasi kursda dəyişiklikləri hiss etmədiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Sentyabr 2025 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri