Icma.az
close
up
RU
TikTok ətrafında daha bir QALMAQAL

TikTok ətrafında daha bir QALMAQAL

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"TikTok" daha bir qalmaqalın mərkəzindədir. Nyu-York hakimiyyəti məşhur sosial şəbəkəni minlərlə istifadəçi, o cümlədən uşaq və yeniyetmələr üzərində xüsusi sınaqlar keçirməkdə günahlandırır.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, 2023-cü ildə "TikTok" bəzi istifadəçilərə arzuolunmaz məzmundan təmizləməli olan "Algo Refresh" funksiyasının işləməyən versiyasını təqdim edib. İnsanlar öz xəbər lentlərini yenilədiklərini düşünsələr də, əslində alqoritm əvvəlki kimi fəaliyyətini davam etdirib. İstintaqın versiyasına görə, şirkət bu yolla istifadəçi davranışını, həmçinin funksiyanın tətbiqdə keçirilən vaxta və reklam gəlirlərinə təsirini öyrənirmiş.

Təhlükəsizlik funksiyaları ilə bağlı sınaqlarla əlaqədar daha ciddi ittihamlar irəli sürülür. İddia olunur ki, "TikTok" potensial təhlükəli materialların göstərilməsini məhdudlaşdıran qoruyucu mexanizmləri təsadüfi qaydada sıradan çıxarıb.

İddia ərizəsində özünə xəsarət yetirmə və intiharla bağlı materialları izlədikdən sonra həyatına son qoyan nyu-yorklu yeniyetmənin halı nümunə gətirilir. Sənədlərə görə, "TikTok"un daxili yoxlaması həmin şəxsin lentində bu cür məzmunun çoxluq təşkil etdiyini aşkar edib.

Şirkətin əməkdaşlarından biri hələ əvvəllər xəbərdarlıq etmişdi ki, "platsebo" qrupunun istifadəsi alqoritmlər üzərində şəffaflıq və nəzarət ideyasının özünə ziddir.

"TikTok" isə ittihamları rədd edərək, yeni funksiyaların sınaqdan keçirilməsinin normal təcrübə olduğunu və yetkinlik yaşına çatmayanların təhlükəsizliyinin şirkət üçün əsas prioritetlərdən biri olaraq qaldığını bildirir.

Bundan əvvəl də "TikTok" Amerika rəsmilərinin ciddi iddiaları ilə üzləşmişdi. Şirkət və "ByteDance" internetdə uşaqların məxfiliyinin qorunması haqqında qanunun pozulması işi üzrə 400 milyon dollar ödəməyə razılaşıblar. Bundan əlavə, 2026-cı ilin sentyabrında "TikTok" Alabama ştatına 300 milyon dollara qədər təzminat ödəməyə və yeniyetmələr üçün platformanın iş prinsipini dəyişdirməyə dair razılıq əldə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Oktyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see395

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see271

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see262

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see262

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see258

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see256

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see255

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see253

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see252

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see240

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see234

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see232

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see231

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see230

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see230

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see229

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see229

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see228

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri