Məsafədən iş rəsmiləşir Ofis bazarı necə dəyişəcək?
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər çərçivəsində çevik iş rejiminin tətbiqi genişləndirilir və məsafədən işləmə münasibətləri daha aydın şəkildə tənzimlənir. Bu dəyişikliklər bəzi sahələrdə əməkdaşların ofisə davamlı gəlməsi zərurətini azalda bilər.
Çevik və məsafədən işləmə modelinin rəsmiləşdirilməsi ofis icarəsi bazarına necə təsir göstərə bilər?
"Bakupost" xəbər verir ki, əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bu yanaşmanın daha çox dövlət qurumlarında tətbiq oluna biləcəyini qeyd edib:
“Bununla yanaşı, özəl sektorda da elə vəzifələr var ki, həmin əməkdaşların mütləq şəkildə hər gün ofisdə olması vacib hesab edilmir. İşin xarakteri imkan verdiyi hallarda onların fəaliyyətini məsafədən təşkil etmək mümkündür. Əslində, uzaqdan işləmə modeli geniş şəkildə COVID-19 pandemiyası dövründə tətbiq olunmağa başladı. Həmin dövrdə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müəssisə və təşkilatlar fəaliyyətlərini onlayn formata keçirdilər. Bu təcrübə göstərdi ki, bəzi sahələrdə iş prosesini məsafədən də səmərəli şəkildə təşkil etmək mümkündür”.
Elnur Azadovun sözlərinə görə, o zaman hesab edirdilər ki, bu model gələcəkdə daha da geniş yayılacaq, hətta ofislərə olan tələbatın əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq:
“Lakin sonrakı illərdə gözləntilər tam şəkildə doğrulmadı. Çünki bir çox şirkətlər əməkdaşların birgə işləməsinin, operativ ünsiyyətin və komanda mühitinin məhsuldarlığa müsbət təsir etdiyini nəzərə alaraq yenidən ofis işinə qayıtdılar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 İyul 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















