Icma.az
close
up
RU
Məsafədən iş zamanı bunu etmək mümkün deyil Sahib Məmmədov

Məsafədən iş zamanı bunu etmək mümkün deyil Sahib Məmmədov

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmək Məcəlləsinə növbəti dəfə geniş dəyişikliklər təklif olunur. Məsafədən iş. Bu əlavə olsa da olmasa da artıq tətbiq olunur. Amma özəl sektorda. Dövlət sektorunda tətbiq üçün də yəqin əlavə qaydalar tələb olunacaq. Problem ayrı məsələdədir. Məsafədən işləyənlərin əməyinin mühafizəsi necə təmin olunacaq?  Məsafədən (distant) işə cəlb etmə  zamanı işəgötürən Əməyin Mühafizəsi böllməsinin tələblərini necə təmin edəcəklər? İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır, o cümlədən maddi məsuliyyət. Amma o bu məsuliyyətinə görə həm də əməyin mühafizəsini təmin etməlidir. İş yerində əlverişli və ədalətli əmək şəraiti yatmalıdır. Teniki təhlükəsizlik qaydalarını təmin etməlidir.  Məsafədən iş zamanı bunu etmək mümkün deyil”.

Bunu 525.az-a Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov  deyib. O bildirib ki, məsafədən işləyən işçini işəgötürən  istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halıdan icbari sığorta etməlidir. Etməsə böyük cərimə ödəməlidir (hüquqi şəsxlər 5000 manat). Tutaq ki, edib. Şəxs məsafədən əmək funksiyasını yerinə yetirərkən xəsarət alıb sağlamlığını itirsə və ya bu səbəbdən həlak olasa bu sığorta hadisəsi sayılacaqmı? Sığorta şirkəti bunu heç bir halda qəbul etməyəcək. Çünki biri öz şəxsi avtomobilində gedə-gedə əmək funksiyasını yerinə yetirirsə və bu zaman avtoqəza baş verisə və işçi xəsarət alırsa və ya aldığı xəsarətdən vəfat edirsə bunu heç bir sığorta şirkəti sığorta hadisəsi saymayacaq. Evində işləyəndə də həmçinin:

«Əməyin mühafizəsi bölməsinin 47-ci maddəsinə belə bir bənd əlavə olunur: "təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda"onlarla müddətli əmək müqaviləsi bağlanır. Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə" Qaydasında da göstərilir ki, "Təcrübə müddətində işəgötürənlə tələbə arasında müddətli əmək müqaviləsi bağlanıla bilər. Bu halda işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq, təcrübə keçən tələbəyə əməkhaqqı ödənilir və icbari ödənişlər edilir". Praktikada isə bu mümkün olmur. Əmək Müqavilələri Alt Sistemində hər bir müəssənin ştat cədvəli yerləşdirlir. Ondan kənara çıxıb yeni müqavilələri necə bağlayacaqlar? Tutaq ki, özəl sektor bunu edə bildi bəs dövlət sektoru? Tələbələri təcrübəyə qəbul edən əsas dövlət sektorudur. Büdcədən maliyyələşən təşkilatlar bunu edə bilməyəcək, hətta onlara təhsil müəssəsi vəsait ödəsə belə. Hər iki məsləni tənzimləmək üçün əlavə qanunvericilik aktları qəbul olunmalı, yaxud mövcud qanunvericiliyə dəyişiklik və əlavələr edilməlidir. Amma bunun da problemi əsaslı həll edəcəyinə ümid azdır”.

Sevinc Qarayeva 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri