Mesajları sil abi Mert Hakanın mesajları mərc istintaqında
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə davam edən mərc qalmaqalı çərçivəsində "Fənərbağça"lı futbolçu Mert Hakan Yandaş ilə Ersen Dikmen arasında olan mesajlaşmalar araşdırmaya daxil edilib.
Fanat.Az xəbər verir ki, sızdırılan yazışmalarda tərəflərin mərc, pul istəyi və nisyə borc barədə danışdıqları görünür.
Dialoqlarda Ersen Dikmenin “Necə yəni, 100 min lirə mərc etdin bugün” sözlərinə Mert Hakan Yandaş “Hahaha, hər şeyə oynadım, maraqlı matçlar var” cavabını verir.
Mert Hakanın yazışmalarda Dikmendən 5 min TL borc istədiyi də görünür:
“Abi 5 min ata bilərsən? Mən də oynayım, sabah ataram.”
Dikmen isə buna belə cavab verir:
“Nə qaytarmaq, atıram indi.”
Mert Hakan Yandaşın digər mesajlarında isə mərc əmsalları və gizlilik tələbi diqqət çəkir:
— “6.70 əmsal, qışqırdım məşqdə oynayın qazanın deyə.”
— “Yazışmaları sil abi.”
Ersen Dikmen isə “Silirəm” deyə cavab verir.
Hadisə Türkiyə idman ictimaiyyətində ciddi rezonans yaradıb və proses araşdırılmaqda davam edir.
Kamil Xudiyev
Baxış sayı:52
Bu xəbər 11 Dekabr 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















