Prezidentin sülh mesajları
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
“AQEM-in 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq siyasətdə artan rolunu təsdiqləyən mühüm diplomatik hadisədir. Azərbaycanın qarşıdakı iki il ərzində AQEM-ə sədrliyini davam etdirməsi ölkəmizə bu prinsipləri praktiki təşəbbüslərlə həyata keçirmək, Asiya ilə Avropa arasında əməkdaşlıq yaratmaq və beynəlxalq dialoqa töhfə vermək üçün əlavə imkanlar verəcək”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı da yadda qalan oldu və dövlət başçısı çıxışı zamanı təkcə Azərbaycanın milli maraqları deyil, eyni zamanda beynəlxalq aləmin, təşkilatın üzvü olan ölkələrin maraqlarını ön plana çəkdi:
“2026-cı il oktyabrın 15-də Bakıda AQEM-in 7-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritetləri, beynəlxalq hüququn tətbiqi problemləri, regionda sülh və təhlükəsizliyin təmin edilməsinin vacibliyi, təşkilatın gələcək xarici fəaliyyət istiqamətlərini müəyyən edən mühüm fikirlər səsləndirdi. Prezident bildirdi ki, AQEM Asiya məkanı ilə Avropa arasında xüsusi imkanlar yaradır. Bu sırada Azərbaycanın da öz yeri və payı var. Dövlət başçısının mesajından aydın olur ki, Azərbaycan bu üstünlüyü yalnız tranzit imkanları ilə məhdudlaşdırmır. Ölkəmizin malik olduğu iqtisadi imkanlar, enerji potensialı da bu əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir”.
Arzuman Muradlı diqqətə çatdırıb ki, İlham Əliyevin çıxışı zamanı diqqət çəkdiyi mühüm məsələlərdən biri də beynəlxalq hüquq və ikili standartlar problemi idi:
“Prezident çıxışında beynəlxalq hüququ bütün dövlətlərə eyni şəkildə tətbiq edilməsinin vacibliyini bildirdir. İlham Əliyevin çıxışının əsas ana xəttini təşkil edən məsələlərdən biri də Azərbaycanın sülh siyasəti ilə bağlı idi. Bildirdi ki, Azərbaycan öz ərazi bütövlyünü bərpa etdikdən sonra Ermənistana sülh təklif etdi. Bu mesajın mahiyyəti ondan ibarəti idi ki, Azərbaycanın qarşısına qoyduğu başlıca məqsəd yeni qarşıdurmaların yaradılması deyil, davamlı sülhün və regional təhlükəsizliyin təmin olunmasıdır. Bu baxımdan prezident İkinci Qarabağ Müharibəsindən sonra regionda yaranmış sülhün hələ də kövrək olduğunu, eyni zamanda onun qorunmasının vacibliyini bildirdi”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Prezidentin xəbərdarlıq mesajları ünvanına ÇATIB
22 Avqust 2025 16:08
Prezidentin Düşənbədə dostluq, əməkdaşlıq mesajları
13 Oktyabr 2025 20:02
Qalibiyyətin beşinci paradı: Prezidentin strateji mesajları
10 Noyabr 2025 13:06
Jalə Əliyeva: “Prezidentin mesajları bütün bədxahlara ünvanlanıb”
19 Dekabr 2024 10:49
Baxış sayı:72
Bu xəbər 16 Oktyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















