Icma.az
close
up
RU
Məsələ böyüyür: Analizlər köhnə imiş, görüntülər yayıldı Video

Məsələ böyüyür: Analizlər köhnə imiş, görüntülər yayıldı Video

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. 

Ölkə.Az xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib. O bildirib ki, bir neçə gün əvvəl ailə ilə qızlarının durumu ilə bağlı danışıb:

"Bu səhər bir çox insan məni işarələyərək burun əməliyyatından sonra "Bona Dea" xəstəxanasına aparılan və orda komada yatan gənc qız (N.M) haqqında məlumat verməyimi istədi. Əslində, bir neçə gün əvvəl bu hadisədən xəbərdar olmuş və ailə ilə əlaqə qurmağa çalışmışdım. Lakin ailə məlumatın yayılmasını istəmədiyi üçün məsələni ictimailəşdirməmişdim. Bu gün fərqli məlumatlarla qarşılaşdım.
Hadisənin səbəbi həkim səhvidir, yoxsa sonradan infeksiya yaranıb? Bu suallar hələ də cavabsızdır. Məsələ ilə bağlı "Mərcan Klinikası"na müraciət etdim və bildirildi ki, xəstə əməliyyatdan sonra normal vəziyyətdə evə buraxılıb. 3 yanvarda əməliyyat olunub, 4 yanvarda evə buraxılıb. Lakin bir gün sonra baş verən hadisələr hələ tam aydın deyil. Ailənin xəstəxanaya verdiyi məlumata görə, xəstə evdə olduğu müddətdə müxtəlif sistemlər qoşulub və Təcili tibbi yardım çağırılıb. Bu zaman sual yaranır: Təcili tibbi yardım həkimləri xəstəyə nə köçürüblər və vəziyyətin ciddiliyini dərk ediblərmi?
Əgər meningit infeksiyası mövcuddursa, niyə bunu müəyyən edə bilməyiblər və xəstəni xəstəxanaya aparmayıblar?".

Jurnalist bildirib ki, Nəzrin Mansurovadan analizlər əməliyyatdan 35 gün əvvəl götürülüb:

"Ailəsindən aldığım məlumata əməliyyatdan öncə xəstədən ən son analiz 35 gün əvvəl götürülüb. 4 yanvarda xəstə evdə narahat hiss edib, gecə iki dəfə qaytarıb. Həkimlə məsləhətləşərək ona antibiotik veriblər. Səhərə yaxın xəstə qeyri-adekvat davranıb. Sonra huşssuz olub. 5 yanvarda xəstənin vəziyyətinin daha da ağırlaşdığını görən ailəsi (ailə savadlı və vəziyyətin tam fərqində olub – belə ailələrlə qürur duymaq lazımdır) onu "Bona Dea" xəstəxanasına çatdırıb. Xəstəxananın qəbul şöbəsində gənc qızın vəziyyəti qəfil ağırlaşıb və ona “toksik şok” diaqnozu qoyulub. Bu gün isə xəstənin alın payında çat olduğu barədə ailəyə məlumat verilib.
Əməliyyatı həyata keçirən cərrah Sənan Mehdiyev mətbuata verdiyi açıqlamada kompüter tomoqrafiyasının nəticələrinə əsasən beyinə nüfuz edən heç bir sınığın olmadığını bildirib. Deyib ki, burun əməliyyatlarında bu görünən haldır. O qeyd edib ki, xəstənin ayaq üstə hərəkət etməsi də bunun sübutudur.
Bəs iki gündən sonra xəstədə nə baş verib? Bu məsələni istintaq və tibbi komissiya araşdırmalıdır. Həkim Sənan Mehdiyev əməliyyatı hansı şəraitdə həyata keçirib? Əməliyyat zamanı səhvə yol verilibmi? Əməliyyatdan sonra öz ayağı ilə evə gedən xəstənin vəziyyəti niyə bu bu qədər kəskinləşib? Evdə qoşulan sistemlər ona zərər verə bilərdimi? Təcili tibbi yardım xidməti xəstəyə hansı dərmanları vurub və niyə hospitala aparmayıb? Meningit infeksiyası necə yaranıb və necə sürətli inkişaf edib? Təcili yardım həkimi niyə bunun fərqində olmayıb? Hazırda əsas suallar bunlardır və hadisənin bütün tərəflərinin obyektiv şəkildə araşdırılması vacibdir".

Q.Ataşovanın paylaşım hissəsində vaxtilə S.Mehdiyevin əməliyyat etdiyi bəzi xəstələr də şikayətlərini yazıblar:
Kərimli Hicran: İllər əvvəl Sənan Mehdiyev məni əməliyyat etdi və vəziyyətim ağırlaşmışdı. Bəlkə də bacım bu hadisənin fərqində olmasaydı, artıq mən də olmazdım.Onun etdiyi əməliyyat mənim bütün həyatımı məhv etmişə bərabər oldu. Gecələri yuxu üzünə həsrət qaldım. Hər səhər baş ağrılarım olurdu. İllər keçdi, başqa bir həkim 2-ci dəfə əməliyyat etdiyi zaman Sənanın nə qədər cəllad olduğunu anlamışdıq. Burnumdakı ximircəklər qırıq-qırıq idi. Burun sümüyüm çox pis şəkildə əyilmişdi. Ona haqqımı halal etməyəcəyəm. Hazırda 3-cü dəfə əməliiyyat olunmalıyam. Mənə qabırğamdan ximircəkdən material qoyulmalıdır. Bu mövzunu biləndə xanıma ürəim ağrıdı. Allah yardımcısı olsun".

Əfsanə adlı istifadəçi: 2015-ci ildə mənim də burnumu əməliyyat edib. Sonra neçə gün ardıcıl qanaxma olmasına baxmayaraq həkimə zəng edilındə bizi başdan edirdi. Sonra dava qırğınla xəstəxanaya gəldik. O istəmir ki, özü bir şey etsin, tibb bacısını göndərirdi.  Xəstələri ilə çox kobud rəftar edir.

Paylaşımın şərh bölümündə bir çox istifadəçi S.Mehdiyevdən şikyətlənsələr də, onun əməliyyatından razı qaldığını yazanlar da var.

Billurə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri