Icma.az
close
up
RU
Meşələr üçün iqlim maliyyəsinin artırılması müzakirə

Meşələr üçün iqlim maliyyəsinin artırılması müzakirə

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 Sədrliyi və BMT-nin Meşələr Forumunun (UNFF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı tərəflərin nümayəndələri ilə birgə Brazilya, Birləşmiş Krallıq, Konqo Demokratik Respublikası, Kanada, Surinam və Yaponiyanın ətraf mühit nazirliklərinin rəsmiləri, həmçinin BMT-nin Ətraf Mühit Proqramı, Dünya Bankı, Yaşıl İqlim Fondu, Qlobal Ətraf Mühit Fondu və Asiya İnkişaf Bankının əməkdaşları iştirak edib.
Yüksək səviyyəli toplantıda aidiyyatı ekspertlər, rəsmi nümayəndələr iqlim dəyişikliyi fonunda meşələrin itirilməsi, meşə ekosisteminin deqradasiyası, meşələrlə bağlı mövcud problemlərin həlli yolu ilə Paris Sazişinin məqsədlərinə nail olunmasında iqlim fəaliyyətinin və siyasətinin gücləndirilməsi, meşələr üçün əlavə iqlim maliyyəsindən, o cümlədən mövcud innovativ maliyyələşdirmə mexanizmlərindən istifadə, ən yaxşı təcrübələrlə bağlı məlumat mübadiləsi və biliklərin idarə edilməsi məqsədilə qlobal səylərin gücləndirilməsi ətrafında müzakirələr aparıb.
Tədbirdə növbəti ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən irəli sürülən meşə mövzusunda beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü barədə məlumat verilib. Bildirilib ki,
Azərbaycanda 2025-ci ildə “Dayanıqlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransın təşkili planlaşdırılır. Konfransda meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarının, ekoloqların, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gətirilməsi nəzərdə turulur. Azərbaycan tərəfinin İrəli sürdüyü təşəbbüsə BMT-nin Meşələr Forumu (UNFF) tərəfindən dəstək ifadə edilib.
AzVision.az
Qalereya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri