Icma.az
close
up
RU
COP29da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib AZƏRTAC

COP29da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İqlim, təbiət və insanlar üçün meşə: Meşələr üçün iqlim maliyyəsinin artırılması” mövzusunda yüksək səviyyəli toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyi və BMT-nin Meşələr Forumunun (UNFF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı tərəflərin nümayəndələri ilə birgə Braziliya, Birləşmiş Krallıq, Konqo Demokratik Respublikası, Kanada, Surinam və Yaponiyanın Ətraf Mühit nazirliklərinin rəsmiləri, həmçinin BMT-nin Ətraf Mühit Proqramı, Dünya Bankı, Yaşıl İqlim Fondu, Qlobal Ətraf Mühit Fondu və Asiya İnkişaf Bankının əməkdaşları iştirak ediblər.

Yüksək səviyyəli toplantıda aidiyyəti ekspertlər, rəsmi nümayəndələr iqlim dəyişikliyi fonunda meşələrin itirilməsi, meşə ekosisteminin deqradasiyası, meşələrlə bağlı mövcud problemlərin həlli yolu ilə Paris Sazişinin məqsədlərinə nail olunmasında iqlim fəaliyyətinin və siyasətinin gücləndirilməsi, meşələr üçün əlavə iqlim maliyyəsindən, o cümlədən mövcud innovativ maliyyələşdirmə mexanizmlərindən istifadə, ən yaxşı təcrübələrlə bağlı məlumat mübadiləsi və biliklərin idarə edilməsi məqsədilə qlobal səylərin gücləndirilməsi ətrafında müzakirələr aparıb.

Tədbirdə gələn il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən irəli sürülən meşə mövzusunda beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanda 2025-ci ildə “Dayanıqlı meşəçilik və biomüxtəliflik üçün sinerji: Yaşıl dünya naminə əməkdaşlıq dialoqu” adlı beynəlxalq konfransın təşkili planlaşdırılır. Konfransda meşəçilik və biomüxtəliflik sahələrində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarının, ekoloqların, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi nəzərdə tutulur.

Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsə BMT-nin Meşələr Forumu (UNFF) tərəfindən dəstək ifadə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri