Icma.az
close
up
RU
Məsələyə NÖQTƏ QOYULDU: “Ərdoğan heç yerə getməyəcək və istefa verməyəcək” KONKRET

Məsələyə NÖQTƏ QOYULDU: “Ərdoğan heç yerə getməyəcək və istefa verməyəcək” KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Türkiyədəki etirazlar hakimiyyəti devirmək potensialında deyil. Digər tərəfdən, Türki artıq bir qazet manşeti və ya bəzi generalların bəyanatı ilə dağılacaq hakimiyyətə sahib deyil. Bunlar keçmiş Türkiyədə baş verə bilərdi. Artıq qardaş ölkənin hakimiyyəti çox güclüdür. Ona görə də, belə bir ssenarinin gerçəkləşəcəyini düşünmürəm. Ərdoğan heç yerə getməyəcək və istefa verməyəcək”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Natiq Miri səsləndirib.

“Bəzi gerçəklər ortalığa çıxandan sonra vəziyyət tamamilə fərqli müstəvidə inkişaf edəcək. Çünki həbs olunanlar var. Onların arasında hüquq mühafizə orqanları ilə əməkdaşlığa üstünlük verənlər olacaq. Yəni bir çox gerçəklər ortaya çıxacaq. Bundan sonra etirazları indiki səviyyədə davam etdirmək mümkün olmayacaq. Eyni zamanda etirazlar birmənalı olaraq bütün Türkiyə toplumu tərəfindən qəbul edilmir. Ona görə də, hər şey prosedur qaydasında davam edəcək və vəziyyət məhkəmə ilə müşayiət olunacaq, hüquqi qərarlar veriləcək. Buna görə də, narahatlığa ehtiyac yoxdur. Bu gün Türkiyənin geostrateji mövqeyi qlobal səviyyədə çox möhkəmlənib. Dünənə qədər İmamoğlunu ortaya atıb alət kimi istifadə etməyə çalışan qlobal güclər bu gün onu müdafiə etmirlər. Çünki indiki vəziyyətdə Türkiyə ilə əməkdaşlıq daha üstündür. Ona görə də, bu aksiya ilə hakimiyyət devrilməyəcək”.

Türkiyəli ekspert, Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay saytımıza açıqlamasında bildirib ki, baş verənlər hüquqi prosedurların həyata keçirilməsini labüd edir:

“Hüquqi prosedurlar zamanı hakimlər tərəf tuta bilməyəcəklər. Ancaq hazırki iqtidar İmamoğludan yaxa qurtarmaq üçün addımlar atacaq. Hərçənd baş verən etirazlar da Türkiyəyə yaraşan bir mənzərə deyil. Çüni bir tərəfdən Avropa Birliyinə daxil olmaq məsələsi gündəmə gəlib, digər yandan Tramp-Putin görüşməsinin necə irəliləyəcəyi və Türkiyənin prosesdə necə rol alacağı məsələsi gündəmdədir. Belə bir vəziyyətdə etirazlarla uğraşmaq, Türkiyənin xarici siyasətdəki rolunu olduqca zəiflədə bilər. Suriya başlı-başına qalsa, bu, Türkiyə üçün ciddi təhdid yaradacaq. Bu gün bütün dünyaya demokratiya göstərisi nümayiş etdirən Türkiyənin belə vəziyyətə düçar olması qətiyyən yolverilməzdir.Çünki hökumətin atdığı addımlar daha çox hazırki iqtidarı zəiflədir.Hər halda Türkiyədə etirazların hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını düşünmürəm.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Mart 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see171

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see124

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see121

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri