Icma.az
close
up
RU
Ermənilərin Azərbaycana qayıdışına NÖQTƏ QOYULDU

Ermənilərin Azərbaycana qayıdışına NÖQTƏ QOYULDU

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin Qarabağa qayıtmayacağını bəyan edib.

“Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidirəm. Xatırlatmalıyam ki, hələ 2025-ci ilin martında mən parlamentdə açıq şəkildə bəyan etmişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacam.
Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib.

Baş nazir bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub.

O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.

“Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”.

Bununla da Qarabağa olan ərazi iddiasına son qoyulmadan Ermənistanla Azərbaycan arasında sülhün mümkün olmayacağını bildirib. Nikol Paşinyanın öz müraciətində iki məqamı xüsusi vurğulayır. 

Birincisi, Ermənistanın Baş naziri Qarabağ məsələsinin Ermənistan üçün bağlandığını deyir. Paşinyan bununla keçmiş Qarabağ münaqişəsindən Ermənistana təsir aləti kimi istifadə edilməsi ənənəsinə son qoymaq istədiyini bildirib.

Çünki Ermənistanla Azərbaycan arasında münaqişə müxtəlif dövlətlərin, ilk növbədə Rusiyanın Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək üçün istifadə olunub. Bu amil həmçinin, Ermənistanın Rusiyanın asılılığında saxlanılması vasitəsinə çevrilib. 

Azərbaycan ətrazilərinin işğalı zamanı hərbi cinayətlər törətmiş və Rusiya xüsusi xidmət orqanlarına bağlı olan səhra komandirləri Ermənistanda hakimiyyətə gətirilib. İndi isə Nikol Paşinyan bu prosesi tarixin arxivinə göndərmək və Ermənistanın Azərbaycanla münasibətlərində yeni səhifə açmaq istəyini nümayiş etdirir. 

Nikol Paşinyan anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa münaqişəli situasiyanın qalması gələcəkdə Ermənistan üçün daha böyük siyasi fəlakətə gətirib çıxara bilər. Azərbaycanla növbəti müharibə Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına almış olar.

Xüsusilə də Cənubi Qafqazda böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu hazırkı vəziyyətdə baş verə biləcək hər hansı müharibə Ermənistan ərazisinə keçəcək.

Çünki artıq Azərbaycan ərazisində erməni separatizmi qalmayıb. Bu baxımdan, Vaşinqtonda imzalanmış sülh bəyannaməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair razılaşma Ermənistanı potensial təhlükələrdən sığortalaya bilər. 

Ermənistan cəmiyyəti kifayət qədər mühafizəkar baxışlara malik olduğunu və sülhə meyilli olmadığını nəzərə alsaq, Nikol Paşinyanın qeyd edilən müraciəti onun hakimiyyəti dövründə Azərbaycanla münaqişəyə son qoyulması istiqamətində ən cəsarətli addımlarından biri sayıla bilər.

Amma regional sabitliyin təminatçısı olacaq sülhə nail olmaq üçün Ermənistan hakimiyyəti real addımlar atmalıdır. Yəni Ermənistan Konstitusiyasına dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutan preambula hissəsinə hüquqi xitam verilməlidir. Yalnız bundan sonra Paşinyanın əsl sülh tərəfdarı olduğunu söyləmək olar.  

Nikol Paşinyan öz müraciətində ermənilərin Qarabağa qayıtması ilə bağlı hələ də siyasi kuluarlarda və Ermənistan cəmiyyətində səslənməkdə davam edən suallara son qoyub. 

Qeyd edək ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması zamanı jurnalistin ermənilərin Qarabağa qayıtması ilə bağlı təxribatçı sualına Paşinyan cavab verməkdən yayınmışdı.

Lakin Ermənistanın Baş naziri avqustun 18-də xalqa müraciəti zamanı həmin sualı cavablandırdı. Paşinyan ermənilərin Qarabağa heç vaxt qayıtmayacağını və onların Ermənistanda qalacağını bəyan edib.

Yəni Nikol Paşinyan Qarabağda erməni separatizmini dirçəltmək cəhdlərinin ilk növbədə, regionda geosiyasi üstünlük qazanmağa çalışan kənar dövlətlərin maraqlarına xidmət etdiyini xalqa çatdırmaq istəyib.

Ermənilərin Qarabağa qayıtmaq adı altında status-kvonu dəyişmək cəhdi yalnız Azərbaycanı deyil, Ermənistanı da ağır bir müharibəyə sürükləyə bilər. 44 günlük müharibədə və Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında keçirdiyi antiterror əməliyyatları zamanı hərbi potensialının böyük hissəsini itirmiş Ermənistanın isə yeni münaqişəyə girmək imkanları yoxdur.

Ona görə də Azərbaycan ərazisində növbəti dəfə erməni separatizmini dirçəltmək cəhdləri Ermənistan üçün daha təhlükəli problemlər yarada bilər.   
Eyni zamanda, Paşinyan ermənilərin Qarabağa qayıtması təklifi qarşılığında Qərbi azərbaycanlıların da Ermənistana dönmək təşəbbüsü ilə çıxış edəcəyini yaxşı bilir.

Bu isə yüz minlərlə azərbaycanlının Ermənistandakı öz evlərinə köçməsi deməkdir. Azərbaycanlıların əhalisi sürətlə azalmaqda olan Ermənistana kütləvi qayıdışı perspektivdə demoqrafik balansın ermənilərin əleyhinə dəyişməsinə gətirib çıxara bilər.

Artıq Ermənistanda demoqrafik balansı azərbaycanlı əhalinin deportasiyası hesabına ermənilərin xeyrinə saxlayan SSRİ mövcud deyil. Ona görə də Qərbi Azərbaycan məsələsinə strateji təhlükə kimi baxan Paşinyan hakimiyyəti Qarabağ məsələsindən imtina etməyi qərara alıb. 
Müşfiq Abdulla 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri