Icma.az
close
up
RU
“Məşğulluq həftəsi”nə start verildi İşəgötürənlər UNEC də

“Məşğulluq həftəsi”nə start verildi İşəgötürənlər UNEC də

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin karyera inkişafına və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Məşğulluq həftəsi”nə (Employability Week) start verilib.

"Unikal" xəbər verir ki, UNEC-lə əməkdaşlıq çərçivəsində “Synergia Academy”nin təşəbbüsü, Karyera Mərkəzinin təşkilaçılığı və “Pasha Group”a daxil olan 12 nüfuzlu şirkətin iştirakı ilə həyata keçirilən “Məşğulluq həftəsi” sonuncu kurs tələbələrinin məşğulluğunun təmin olunması istiqamətində geniş imkanlar yaradacaq. Həftə ərzində UNEC tələbələri iş dünyasının insan resursları nümayəndələri ilə birbaşa təmasda olmaq, seminar və görüşlərdə iştirak etməklə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edəcəklər. Eyni zamanda, seçilmiş tələbələr üçün müsahibə mərhələləri də təşkil olunacaq.

Tədbirin açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov “Məşğulluq həftəsi”ni universitetin 95 illik yubileyi çərçivəsində keçirilən ən əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirib. Rektor qeyd edib ki, UNEC tələbələrinin yüksək maaşlı və ixtisaslarına uyğun işlə təmin olunması universitetin əsas prioritetlərindəndir: “İşəgötürənlərin UNEC tələbələri ilə görüşə gəlməsi özü-özlüyündə universitetə və tələbələrimizə verilən dəyərin göstəricisidir. Əminəm ki, təmsil olunan 12 şirkət həftə ərzində öz tələblərinə uyğun olan, bacarıqlı və bilikli tələbələrlə tanış olaraq onları işə qəbul edəcəklər.”

Professor Ədalət Muradov çıxışı zamanı UNEC-də son illərdə tələbələrin rəqabətədavamlı mütəxəssislər kimi yetişməsi məqsədilə həyata keçirilən islahatlardan da danışıb. O, tələbələrə müsahibələrdə öz bilik və bacarıqlarını düzgün təqdim etmələri ilə bağlı tövsiyələrini verib.

Tədbirin təşkilatçısı, “Synergia Academy”nin CEO-su Rəna Əfəndiyeva  “Məşğulluq həftəsi” çərçivəsində keçiriləcək tədbirlərin tələbələr üçün mühüm karyera imkanları yaradacağını bildirib: “Bu təşəbbüs tələbələrin real iş mühiti ilə tanışlığı, potensial işəgötürənlərlə birbaşa əlaqə qurması baxımından əvəzsizdir. Əminəm ki, bu platforma onların uğurlu karyera yolunda əhəmiyyətli addımlardan biri olacaq.”

"Məşğulluq həftəsi"ndə iştirak edən şirkətlərin insan resursları rəhbərləri çıxış edərək tələbələrə müsahibə prosesi zamanı diqqət yetirilməsi vacib olan məqamları, peşəkar təqdimat və karyera planlaması barədə faydalı tövsiyələrini bölüşüblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri