Icma.az
close
up
RU
İşəgötürənlər UNEC də: “Məşğulluq həftəsi”nə start verildi! FOTOLAR

İşəgötürənlər UNEC də: “Məşğulluq həftəsi”nə start verildi! FOTOLAR

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin karyera inkişafına və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Məşğulluq həftəsi”nə (Employability Week) start verilib.

UNEC-lə əməkdaşlıq çərçivəsində “Synergia Academy”nin təşəbbüsü, Karyera Mərkəzinin təşkilaçılığı və “Pasha Group”a daxil olan 12 nüfuzlu şirkətin iştirakı ilə həyata keçirilən “Məşğulluq həftəsi” sonuncu kurs tələbələrinin məşğulluğunun təmin olunması istiqamətində geniş imkanlar yaradacaq. Həftə ərzində UNEC tələbələri iş dünyasının insan resursları nümayəndələri ilə birbaşa təmasda olmaq, seminar və görüşlərdə iştirak etməklə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edəcəklər. Eyni zamanda, seçilmiş tələbələr üçün müsahibə mərhələləri də təşkil olunacaq.

Tədbirin açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov “Məşğulluq həftəsi”ni universitetin 95 illik yubileyi çərçivəsində keçirilən ən əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirib. Rektor qeyd edib ki, UNEC tələbələrinin yüksək maaşlı və ixtisaslarına uyğun işlə təmin olunması universitetin əsas prioritetlərindəndir: “İşəgötürənlərin UNEC tələbələri ilə görüşə gəlməsi özü-özlüyündə universitetə və tələbələrimizə verilən dəyərin göstəricisidir. Əminəm ki, təmsil olunan 12 şirkət həftə ərzində öz tələblərinə uyğun olan, bacarıqlı və bilikli tələbələrlə tanış olaraq onları işə qəbul edəcəklər.”

Professor Ədalət Muradov çıxışı zamanı UNEC-də son illərdə tələbələrin rəqabətədavamlı mütəxəssislər kimi yetişməsi məqsədilə həyata keçirilən islahatlardan da danışıb. O, tələbələrə müsahibələrdə öz bilik və bacarıqlarını düzgün təqdim etmələri ilə bağlı tövsiyələrini verib.

Tədbirin təşkilatçısı, “Synergia Academy”nin CEO-su Rəna Əfəndiyeva “Məşğulluq həftəsi” çərçivəsində keçiriləcək tədbirlərin tələbələr üçün mühüm karyera imkanları yaradacağını bildirib: “Bu təşəbbüs tələbələrin real iş mühiti ilə tanışlığı, potensial işəgötürənlərlə birbaşa əlaqə qurması baxımından əvəzsizdir. Əminəm ki, bu platforma onların uğurlu karyera yolunda əhəmiyyətli addımlardan biri olacaq.”

"Məşğulluq həftəsi"ndə iştirak edən şirkətlərin insan resursları rəhbərləri çıxış edərək tələbələrə müsahibə prosesi zamanı diqqət yetirilməsi vacib olan məqamları, peşəkar təqdimat və karyera planlaması barədə faydalı tövsiyələrini bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri