Icma.az
close
up
RU
Məşhur aktyordan Günay Musayevaya SƏRT CAVAB: “Haqqımı halal etmirəm”

Məşhur aktyordan Günay Musayevaya SƏRT CAVAB: “Haqqımı halal etmirəm”

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Türkiyənin illərdi unudulmayan serialı “Yaprak Dökümü” ilə tanınan aktyor Tolga Karel hazırda keçmiş həyat yoldaşı azərbaycanlı model Günay Musayeva ilə yaşadığı polemikalarla yemə gündəmdədir.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karel, Musayevanın onun haqqında verdiyi açıqlamalara çox sərt sözlərlə cavab verib.

Əvvəlcə ondan başlayaq ki, 2005–2010-cu illər arasında Kanal D ekranlarında yayımlanan “Yaprak Dökümü” serialında canlandırdığı “Oğuz” obrazı ilə tanınan Tolga Karel 2016-cı ildə gözlənilməz qərarla aktyorluğu tərk etmiş və ABŞ-a köçmüşdü. 2018-ci ildən etibarən TIR sürücülüyü etməyə başlayan Karel, karyerasında köklü dəyişiklik edib.

Azərbaycanlı model Günay Musayeva ilə ilk evliliyindən Cihangir adlı bir oğlu olan Karel hazırda keçmiş həyat yoldaşı ilə yaşadığı polemika səbəbilə maqazin gündəmindən düşmür.

“ƏLAQƏ QURA BİLMİRƏM”

Musayeva qatıldığı bir proqramda Karel ilə əlaqə saxlamağa çalışmasına baxmayaraq ona çata bilmədiyini və Cihangirin atasının öldüyünü zənn etdiyini açıqlamışdı.

Cihangirin xəstələndiyi zaman ən böyük arzusunun Disneylanda getmək olduğunu deyən Musayeva, Tolga Kareldən cavab ala bilmədiyi üçün onu xaricə çıxara bilmədiyini və bu səbəbdən arzusunu reallaşdırmadığını deyib.

“5 İLDİR ARZUSUDUR”

Məşhur model proqramda keçmiş həyat yoldaşı ilə bağlı belə deyib:

“Cihangir xəstələndi, sağlamlıq problemləri yarandı. Bunun üçün İngiltərədə önəmli bir həkimdən qəbul aldım. Atasına yazdım ki, sağlamlıq məsələləri üçün xahiş edirəm icazə sənədini göndər. Təxminən 5 ildir arzusu Disneylanda getməkdir. Bunu da izah etdim. Mesaj yazdı, səsli mesaj göndərdi. Bəlkə ad günündə insafa gələr dedim. Fikirləşdim ki, uşağın səsini dinləyər, bəlkə nəsə dəyişər. Göndərmədi. Yenə cavab ala bilmədik. Ondan heç vaxt maddi və ya mənəvi gözləntimiz olmayıb. Biz artıq bu mövzuları aşmışıq. Cihangir ilə qəbul etdik. İndi 4 uşağının olduğunu göstərir. 5-ci uşağını gözdən çıxarıb.”

İLDIRIM SÜRƏTİ İLƏ AÇIQLAMA

Musayevanın bu sözlərindən sonra Tolga Kareldən cavab gecikməyib. Karel Instagram hesabında mövzu ilə bağlı yeni paylaşım edib.

“ÜZR İSTƏMƏLƏRİNİ GÖZLƏYİRƏM”

Karel paylaşımında belə yazıb:

“Məni heç tanımayan, yalnız o qadının yalanları və iftiraları üzündən digər 4 uşağımın varlığını və həyatlarını yox sayıb təkcə 1 uşağım üzərindən mənə, ailəmə və şəxsiyyətimə şərh yazanların, digər uşaqlarımın namusu və şərəfi naminə məndən ciddi şəkildə üzr istəməsini gözləyirəm. Əks halda ölümlü dünyada heç birinə qul haqqımı halal etmirəm!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Dekabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri