İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı “korrupsiya” işi üzrə məhkəmə prosesi davam edib.
Sherg.az xəbər verirki, iş üzrə aralarında vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlunun da olduğu 414 təqsirləndirilən şəxs, o cümlədən 53 məhbus müttəhim 69-cu iclasda hakim qarşısına çıxıb.
Məhkəmədə çıxış edən iş adamı Muzaffer Beyaz bildirib ki, İmamoğlu ilə Beylikdüzündəki bir torpaq sahəsində ortaq olublar. Onun sözlərinə görə, İmamoğlu həmin ərazidə əlavə 5 faizlik payı da almaq istəyib və bu payın dəyəri hələ də ona ödənilməyib.
Beyaz bildirib ki, layihə ilə bağlı maliyyə araşdırması aparılarsa, bunun ortaya çıxacağını düşünür:
“Bu layihələrdə zərər çəkən və haqsızlığa məruz qalan bir şəxs kimi şikayətlərim davam edir. Haqqımı halal etmirəm.”
O, daha əvvəl İmamoğlu ilə “halallaşmaq” barədə dediklərinin yanlış anlaşıldığını da qeyd edib.
“Bu halallıq yalnız ailəlikcə yeyilən yeməklər və səfərlərlə bağlı verilən suala insani cavab idi. Digər kommersiya fəaliyyətləri ilə əlaqəsi yoxdur. Alacaqlarım hələ də qalır, haqqımı halal etmirəm. Şikayətlərim də davam edir”, - deyə Beyaz vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Avqust 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















