Icma.az
close
up
RU
Məşhur alim həyəcan təbili çalır: süni intellekt bəşəriyyəti məhv edəcək!

Məşhur alim həyəcan təbili çalır: süni intellekt bəşəriyyəti məhv edəcək!

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Süni intellekt yaxın 300 il ərzində bəşəriyyəti məhv edə bilər. Bu bədbin proqnozu məşhur alim Cefri Ginton səsləndirib.
Reyting.az
-ın məlumatına görə, süni intellektin "atalarından" biri hesab olunan Cefri Ginton deyib ki, texnologiyanın inkişaf tempi elmin gözləntilərindən fərqlidir və hətta onu təsəvvür edilməyən səviyyədə üstələyir.
Onun sözlərinə görə, süni intellektin yaxın üç onillikdə bəşəriyyəti məhvetmə ehtimalı 10-20 faizə qədər artıb.
Xatırladaq ki, süni intellektə verdiyi töhfələrə görə bu il Fizika üzrə Nobel mükafatı qazanmış Cefri Ginton əvvəllər belə riski təxminən 10 faiz qiymətləndirmişdi.
Süni intellektin bəşəriyyəti məhvetmə riskinin artdığını söyləyən Ginton bildirib ki, indi belə bir ehtimal növbəti 30 il ərzində 10-20 faiz təşkil edə bilər.
Məşhur alim hesab edir ki, güclü süni intellekt sistemləri ilə müqayisədə müasir insanlar üç yaşlı uşaqlar kimi olacaqlar. Normalda insan zəkasını tələb edən vəzifələri yerinə yetirməyə qadir olan süni intellekt, hətta onu tərtib edənlərin də gözləntilərini üstələyib. Keçən il Cefri Ginton yoxlanılmamış AI riskləri haqqında daha sərbəst danışmaq üçün "Google"-dakı vəzifəsini də tərk edib.
C. Ginton süni intellektin qəsdən zərər vurmaq üçün istifadə edilə biləcəyindən narahat olduğunu deyib. Məşhur alimin fikrincə, insan intellektini üstələyən, həm də nəzarətdən çıxara biləcək süni ümumi intellekt sistemlərinin təkmilləşdirilməsi və yaradılması perspektivindən xüsusilə narahatdır.
Süni intellektdə irəliləyişlər üzərində düşünən alim etiraf edib ki, texnoloji inkişafın hazırkı səviyyəsi bir elm adamı kimi onun gözləntilərini xeyli üstələyir.
Gintonun proqnozlarına görə, insan intellektini üstələyən süni intellekt sistemləri yaxın 20 il ərzində ortaya çıxacaq. "Məni narahat edən əsas məsələ odur ki, gözəgörünməz əl bizi qoruya bilməz. Elə ona görə də yalnız onu böyük şirkətlərə həvalə etmək, onların təhlükəsiz şəkildə inkişaf etdirmələrinə əmin olmaq kifayət deyil. Böyük şirkətləri daha çox diqqətli olmağa, həmçinin təhlükəsizlik araşdırması aparmağa məcbur etmək lazımdır. Çünki dövlətin tənzimlənməsi və ciddi nəzarət olmadan heç nə mümkün deyil", - deyə alim əlavə edib.
Eyni zamanda, "AI ataları" üçlüyündən biri, Mark Zukerberqin "Meta" şirkətinin süni intellekt üzrə baş alimi Yann LeKun hesab edir ki, qeyri-adi kəşf hesab edilən süni intellektdən gözlənilən təhlükə həddindən artıq şişirdilir. O, hətta texnologiyanın "bəşəriyyəti məhv olmaqdan xilas edə biləcəyini" söyləyib.
Onu da əlavə edək ki, 2024-cü il Fizika üzrə Nobel mükafatına layiq görülmüş C. Ginton kəşflərinin təhlükəsi barədə xəbərdarlıq yeganə elm adamlarından biridir.
Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri