Icma.az
close
up
RU
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: “O pullar gözbəbəyi kimi qorunmalıdır”

Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: “O pullar gözbəbəyi kimi qorunmalıdır”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Oğlum Anar Əliyevin əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasını çox müsbət qarşılayıram. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm”.

Bunu Teleqraf-a açıqlamasında fevralın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Anar Əliyevin atası, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev deyib.

O, övladının dövlət qulluğunda yüksəlişi tarixinə toxunub: “Oğlum hazırda maliyyə naziri olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birlikdə işləyib. Sahil Babayevin başına oyun açırdılar, gördükləri işlərin əleyhinə yazılar yazdırırdılar. Amma onlar öz bildikləri düz yolla getdilər və böyük işlər gördülər. Onlar nazirliyə gələndə pensiya 110 manat idi, indi minimum pensiya 340 manatdır. Bu nailiyyətdir, hamısı da nazirliyin daxili büdcəsi hesabına başa gəlib”.

R.Əliyev bildirib ki, oğluna inamı böyükdür:

“İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu heç də asan deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pulu camaatın puludur. O pullar gözbəbəyi kimi qorunmalıdır.

Anarın nazir təyin olunacağı ilə bağlı gözləntim var idi. Amma xəbəri bir saat olar gördüm. Görən kimi də zəng edib Anarı təbrik etdim”.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı sərəncamla Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirİ təyin edilib. 1980-ci il təvəllüdlü A.Əliyev bu təyinatadək nazir müavini postunda çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri