Icma.az
close
up
RU
Məşhur alimdən bugünümüzə güzgü olan şeirlər Düşünün öz dilimizdə , Bu günün mənzərəsi ...

Məşhur alimdən bugünümüzə güzgü olan şeirlər Düşünün öz dilimizdə , Bu günün mənzərəsi ...

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elmi, sosial, siyasi yazıları ilə tanıdığımız məşhur alim, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədlinin poetik ifadələri.Düşünün öz dilimizdə

Çoxu gedib, azı qalıb,

Yazı gedib, qışı qalıb.

Nuru gedib gözümüzün,

Zayı çıxıb ömrümüzün.

Düşünərək danışmışıq,

Halal-haram axtarmışıq.

Əsiriyik özümüzün

Kəsəri yox sözümüzün.

Hamı kefdə-damaqdadır,

Satmaqdadır, almaqdadır.

Yumaqdadır, asmaqdadır,

Calağı çox ipimizin.

Düz danışıb danlanmışıq,

Yaradana yalvarmışıq,

Qəndilindən sallanmışıq,

Gün görməmiş qocalmışıq.

Oxumuşuq, çalışmışıq,

Dərs vermişik, dərs almışıq.

Ən dəyərli vaxtımızda

Oyundan kənar qalmışıq.

Mürgülədir zaman bizi,

İtiririk yolu, izi.

Tərk eləsək bir gün sizi

İtirməyin səmtinizi.

Ayıq olun, sayıq olun,

Kökünüzə layiq olun.

Təmizləyin qəlbinizi

Cilovlayın nəfsinizi.

Qiymət qoyun özünüzə,

Yiyə durun dilimizə.

Yad dillərdə danışsaz da,

Düşünün öz dilimizdə.

10.01.2025

Adam-badam iysi gəlir

Zaman keçir, tarix yazır

Olanlar da nağıllanır,

Yaddaşlarda, təfəkkürdə,

Bir az itir, bir az qalır.

Olmuşları çözələmək,

Dərk eləmək, bizə qalır.

Müzakirə, mübadilə,

Mülahizə, mübaliğə.

Damla-damla, gilə-gilə,

Vüsət alıb qanadlanır.

Adam-badam iysi gəlir,

Yağlı, badam iysi gəlir.

Aç, qapını-pəncərəni

Qəbul elə, gör kim gəlir?

Əgər qadir insandırsa,

Qoy göstərsin hünərini,

Düşüncəsin işə salsın

Təfəkkürün cilalasın.

Söykənərək keçmişinə

Nur gətirsin yaddaşına.

Danışmasın qarasına,

Olmuşların, keçmişlərin,

Bizdən əvvəl getmişlərin,

Dünya ağıl meydanıdır,

Haqsızlığın divanıdır.

Kim düz bilir, qoy danışsın,

İnsanlar düzə alışsın,

Yalan qalsın keçmişlərdə,

Yalan dolu dərsliklərdə.

Kim düz deyir qoy yüksəlsin.

Hamı ağlına söykənsin.

Ağıllılar çıxsın önə,

Qüdrətlənsin gündən-günə.

Yaddaşımız vərəqlənir,

Adam-badam iysi gəlir,

Tariximiz çox zəngindir,

Qəhrəmanlar sərgilənir.

Cavanşir də, Babək də,

Duyğumuzda bədirlənir.

Həzi, Mehdi, Hüseynbala

Ruhumuza nur çiləyir.

Ölkəmizin iftixarı

Fransanın partizanı

Faşistlərin baş ağrısı

İlahidən bir hədiyyə

Gəlir Deqol Əhmədiyyə.

Şəki sanki qanadlanır

Oxud kəndi rahatlanır,

Həm sevinir, həm ruhlanır.

Bəs sonrası, indi necə?

İndi zaman bir başqadır.

İndi parfum zamanıdır.

Nə adamın iysi gəlir,

Nə badamın iysi gəlir.

Divlər yatır, mürgüləyir

Sözçülər divlik eləyir.

Asır-kəsir, dümələnir.

Millət baxır məzələnir.

25.05..2025

Bu günün mənzərəsi

Çox yaşadıq, çox gördük,

Çox gördük, çox götürdük.

Ömrümüz sona yetdi,

Çox məqamlar ötürdük.

Ağzından od tökəni,

Sərhədləri sökəni,

Millətləri böləni,

Həm tanıdıq, həm gördük.

İndi zaman başqadır,

Bosslar çaşqa-loşkadır.

Dünya qalıb nigaran,

Dirijorlar başqadır.

Mən də yol ayrıcında,

Uca dağ yamacında.

Ayrı düşüb qalmışam,

Həsrətdən yorulmuşan.

İnamımdan dönmürəm,

Nicat yolu görmürəm.

Özümdə anlamıram,

Qocalıram, sönmürəm.

Demək nəsə olacaq,

Dünya təlatümdədir.

Bütün körpülər yanıb,

Əzrail həşirdədir.

Şeytanlar iş başında,

İtir, bitir qarşında,

Halala haram qatır

Hər an ocaq başında.

Yaradan göydən baxır,

İşlərin gedişinə,

Vurdurur insanlara

Yumurtanı dişinə.

Yumurtalar cürbəcür,

Bərki də var, boşu da.

Güclülərdə lax çıxır,

Yaxşıları qonşuda.

Odur ki, güclülərin,

Gözü qonşulardadır.

Müharibə labüddür.

Təqsir yumurtadadır.

Yəni kökdən gələni,

Sözlə pərdələnəni,

Xahişlə açmaq olmaz,

Taledən qaçmaq olmaz.

"Bacarana baş qurban",

Uzun sözün kəsəsi,

Buradan bəhrələnir,

Bu günün mənzərəsi.

Çalışaq ayıq olaq,

Hər zaman sayıq olaq,

Tarixi unutmayaq,

Özümüzə qayıdaq!

Özümüzə qayıdaq!

13-23.06.2025.

Nemət Məmmədli,

Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri