Icma.az
close
up
RU
Məşhur biznesmen Aydın Orucov məğlub oldu Xanım direktora təzminat ödəyəcək

Məşhur biznesmen Aydın Orucov məğlub oldu Xanım direktora təzminat ödəyəcək

Icma.az, Tribuna saytına istinadən bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Əmək Müfəttişliyi təsisçisi Aydın Orucov olan “Wilstream” şirkəti barəsində məhkəməyə müraciət edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumunun məhkəməyə müraciət etməsinin səbəbi biznesmen Aydın Orucovun şirkətin maliyyə direktoru vəzifəsində işləmiş Abbasova (Məmmədova) Xanım Oqtay qızını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarması olub.

Xanım Abbasova ilə yanaşı, şirkətdə mühafizəçi işləyən həyat yoldaşı Samir Məmmədov da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq işdən çıxarıldığını deyib. Nazirlik tərəfindən məsələ araşdırıldıqdan sonra həqiqətən Xanım Abbasovanın  qanunsuz olaraq işdən çıxarıldığı məlum olub.

İddiaçı məhkəmədə hamilə olduğu vaxt qanunsuz olaraq işdən çıxarıldığına görə stress və psixoloji gərginlik keçirdiyini, bu səbəbdən 50.000 manat miqdarında mənəvi ziyanın pul şəklində cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Xanım Abbasova iddia edib ki, Əmək Məcələəsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması MMC-nin direktoru Kənan Qılıcovun, həmçinin birbaşa olaraq “Wilstream” şirkətinin təsisçisi Aydın Orucovun ona qarşı işdəki ayrı-seçkliyinin, qərəzinin və haqsız münasibətinin nəticəsidir. O, həmçinin deyib ki, Kənan Qılıcovdan işdən çıxarılmasının səbəbini də öyrənib. Qarşı tərəf isə şirkətin təsisçisini nəzərdə tutaraq “Aydın müəllimin kefi belə istəyir” deyib.

Məhkəmənin qərarı ilə “Wilstream” şirkətinin direktoru Kənan Qılıcovun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə bağlı əmri ləğv edilib və Xanım Abbasovanın MMC-dəki əvvəlki iş yerinə bərpa edilməsi tələb kimi qoyulub. 2024-cü ilin yanvar ayının 15-dən fevral ayının 15-dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin, 1 fevral 2023-cü il 1 fevral 2024-cü iş illəri üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi də MMC-yə həvalə olunub. Mənəvi zərərə görə isə 1000 manat məbləğində təzminat kəsilib.

Qeyd edək ki, “Vilstream Az” MMC 2020-ci ildə qeydiyyatdan keçib. Şirkətin rəsmi səhfəsində deyilir ki, 2002-ci ildə Aydın Orucov xarici investisiyalar olmadan Moskvada Rusiya və MDB ölkələri ərazisində autsorsinq çağrı mərkəzlərindən birinə çevrilən “Wilstream” şirkətini təsis edib. Moskva və Nijni Novqorodda 5 ofisdə 1500 iş yeri və 2300 əməkdaşla bazarın liderlərindən birinə çevrilib. 2020-ci ildə isə Bakıda 370 yerlik ilk beynəlxalq bölmə açılıb.

Onu qeyd edək ki, Xanım Abbasova I Qarabağ müharibəsi veteranı Oqtay Abbasovun qızıdır və Zəngilan rayonundan məcburi köçkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Fevral 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri