Icma.az
close
up
RU
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək (TƏFƏRRÜAT)

Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək (TƏFƏRRÜAT)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Əmək Müfəttişliyi təsisçisi Aydın Orucov olan "Wilstream" şirkəti barəsində məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumunun məhkəməyə müraciət etməsinin səbəbi biznesmen Aydın Orucovun şirkətin maliyyə direktoru vəzifəsində işləmiş Abbasova (Məmmədova) Xanım Oqtay qızını Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarması olub.

Xanım Abbasova ilə yanaşı, şirkətdə mühafizəçi işləyən həyat yoldaşı Samir Məmmədov da Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə qanunsuz olaraq işdən çıxarıldığını deyib. Nazirlik tərəfindən məsələ araşdırıldıqdan sonra həqiqətən Xanım Abbasovanın  qanunsuz olaraq işdən çıxarıldığı məlum olub.

İddiaçı məhkəmədə hamilə olduğu vaxt qanunsuz olaraq işdən çıxarıldığına görə stress və psixoloji gərginlik keçirdiyini, bu səbəbdən 50.000 manat miqdarında mənəvi ziyanın pul şəklində cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.


Aydın Orucov

Xanım Abbasova iddia edib ki, Əmək Məcələəsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılması MMC-nin direktoru Kənan Qılıcovun, həmçinin birbaşa olaraq "Wilstream" şirkətinin təsisçisi Aydın Orucovun ona qarşı işdəki ayrı-seçkliyinin, qərəzinin və haqsız münasibətinin nəticəsidir. O, həmçinin deyib ki, Kənan Qılıcovdan işdən çıxarılmasının səbəbini də öyrənib. Qarşı tərəf isə şirkətin təsisçisini nəzərdə tutaraq "Aydın müəllimin kefi belə istəyir" deyib.

Məhkəmənin qərarı ilə "Wilstream" şirkətinin direktoru Kənan Qılıcovun Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə bağlı əmri ləğv edilib və Xanım Abbasovanın MMC-dəki əvvəlki iş yerinə bərpa edilməsi tələb kimi qoyulub. 2024-cü ilin yanvar ayının 15-dən fevral ayının 15-dək işlədiyi dövr üçün hesablanmış, lakin ödənilməmiş əmək haqqının, onun gecikdirilməsinə görə qətnamə icra olunan tarixə qədər hər gün üçün 1% miqdarında ödəncin, 1 fevral 2023-cü il 1 fevral 2024-cü iş illəri üzrə istifadə ediməmiş əmək məzuniyyətinin əvəzi olaraq ödənişlərin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi də MMC-yə həvalə olunub. Mənəvi zərərə görə isə 1000 manat məbləğində təzminat kəsilib.

Qeyd edək ki, "Vilstream Az" MMC 2020-ci ildə qeydiyyatdan keçib. Şirkətin rəsmi səhfəsində deyilir ki, 2002-ci ildə Aydın Orucov xarici investisiyalar olmadan Moskvada Rusiya və MDB ölkələri ərazisində autsorsinq çağrı mərkəzlərindən birinə çevrilən "Wilstream" şirkətini təsis edib. Moskva və Nijni Novqorodda 5 ofisdə 1500 iş yeri və 2300 əməkdaşla bazarın liderlərindən birinə çevrilib. 2020-ci ildə isə Bakıda 370 yerlik ilk beynəlxalq bölmə açılıb.

Onu qeyd edək ki, Xanım Abbasova I Qarabağ müharibəsi veteranı Oqtay Abbasovun qızıdır və Zəngilan rayonundan məcburi köçkündür.

Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri