Icma.az
close
up
RU
Məşhur blogerlərdən inqilabi qərar: Dolğu ilə görünmək istəmirlər...

Məşhur blogerlərdən inqilabi qərar: Dolğu ilə görünmək istəmirlər...

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Son zamanlar “ideal gözəllik” axtarışına çıxaraq dolğun yanaq sümüyü, kəskin çənə xətti, iri və simmetrik dodaqlar üçün kosmetoloji prosedurlar etdirən qadınların geri addım atdığını görmək mümkündür. Belə ki, artıq bir neçə azərbaycanlı bloqerin estetik dolğularını əritməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu proses təkcə ölkəmizdə deyil, Türkiyədə də müşahidə olunur.

Türkiyəli məşhur influenser Danla Bilic “aquafilling” adlı dolğu tətbiqindən sonra bədənində infeksiya kimi ciddi problemlə üzləşib. O, sosial şəbəkədə şəkil paylaşaraq bədənindəki bir neçə dolğunu əritdiyini və hələ də müalicə prosesinin davam etdiyini açıqlayıb.

Bilicin paylaşımı ciddi müzakirələrə səbəb olub. O, məsələyə bu cür şərh verib: “Sizə artıq estetik etdirməyin deməyəcəyəm, hər şey göz qabağındadır”.

Azərbaycanlı bloqerlərdən Günel Rəhimova da bu yola üz tutub. O, paylaşımında bildirib ki, bu addımı atmasına səbəb sadə görünüşə qayıtmaq istəməsidir.

Başqa bir bloqer Nigar Quliyeva isə qeyd edib ki, artıq dolğularını əridib, daha sağlam şəkildə prosedurlar və üz baxımı etdirməyin tərəfdarıdır.

Təbii görünüşünə qayıtmaq istəyənlərdən biri də bloqer Asya İsmayılovadır. O, instaqram hesabında izləyicisi ilə yazışmada bədən dolğusunu əritdirdiyini söyləyib.

Bildirilir ki, sözügedən bloqerlər dolğu ilə bağlı fikirlərini təkcə görünüş üçün deyil, həm də sağlamlıq və psixoloji təsirlərinə görə dəyişiblər.

Bu dəyişikliklər estetik meyarların necə sürətlə dəyişdiyini və “instaqram üzü”nün artıq dəbdən düşdüyünü göstərir. Bu isə onu deməyə əsas verir ki, əvəllər dolğularla əldə edilən “ideal” görünüş, indi təbii və sadə bir estetikaya doğru yönəlir.

Qeyd edək ki, bəzi izləyicilər onların bu addımı atmasını düzgün qiymətləndiriblər. Bir çox istifadəçilər isə elə əvvəldən bu tip estetik dolğuların edilməsini məsləhət görməyib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 May 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see208

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see182

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see155

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see148

İlham Əliyev və xanımı Çində səfərdədir

30 Avqust 2025 16:21see137

“Nə arzular yarımçıq qaldı” Fotolar

30 Avqust 2025 15:24see136

Polis Parubinin qatilinin izinə düşüb Media

30 Avqust 2025 17:30see135

Dünyanın ən bahalı və ucuz məhsullarının adı açıqlandı

30 Avqust 2025 15:26see134

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see131

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see131

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see130

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see130

Ağcaqanadların yaydığı xəstəliklə bağlı xəbərdarlıq

30 Avqust 2025 16:45see129

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see127

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see126

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see124

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see123

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see120

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri