Icma.az
close
up
RU
Daha dolğu ilə görünmək istəmirlər... Yeni qərarları maraqla qarşılandı

Daha dolğu ilə görünmək istəmirlər... Yeni qərarları maraqla qarşılandı

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar “ideal gözəllik” axtarışına çıxaraq dolğun yanaq sümüyü, kəskin çənə xətti, iri və simmetrik dodaqlar üçün kosmetoloji prosedurlar etdirən qadınların artıq geri addım atdığını görmək mümkündür. Belə ki, artıq bir neçə azərbaycanlı bloqerin estetik dolğularını əritməsi sosial şəbəkələrdə maraqla qarşılanıb.

“Qafqazinfo”nun məlumatına görə, bu proses təkcə ölkəmizdə deyil, Türkiyədə də müşahidə olunur.

Türkiyəli məşhur influenser Danla Bilic “aquafilling” adlı dolğu tətbiqindən sonra bədənində infeksiya kimi ciddi problemlə üzləşib. O, sosial şəbəkədə şəkil paylaşaraq bədənindəki bir neçə dolğunu əritdiyini və hələ də müalicə prosesinin davam etdiyini açıqlayıb.

Bilicin paylaşımı ciddi müzakirələrə səbəb olub. O, məsələyə bu cür şərh verib: “Sizə artıq estetik etdirməyin deməyəcəyəm, hər şey göz qabağındadır”.

Azərbaycanlı bloqerlərdən Günel Rəhimova da bu yola üz tutub. O, paylaşımında bildirib ki, bu addımı atmasına səbəb sadə görünüşə qayıtmaq istəməsidir.

Başqa bir bloqer Nigar Quliyeva isə qeyd edib ki, artıq dolğularını əridib, daha sağlam şəkildə prosedurlar və üz baxımı etdirməyin tərəfdarıdır.

Təbii görünüşünə qayıtmaq istəyənlərdən biri də bloqer Asya İsmayılovadır. O, instaqram hesabında izləyicisi ilə yazışmada bədən dolğusunu əritdirdiyini söyləyib.

Bildirilir ki, sözügedən bloqerlər dolğu ilə bağlı fikirlərini təkcə görünüş üçün deyil, həm də sağlamlıq və psixoloji təsirlərinə görə dəyişiblər.

Bu dəyişikliklər estetik meyarların necə sürətlə dəyişdiyini və “instaqram üzü”nün artıq dəbdən düşdüyünü göstərir. Bu isə onu deməyə əsas verir ki, əvəllər dolğularla əldə edilən “ideal” görünüş, indi təbii və sadə bir estetikaya doğru yönəlir.

Qeyd edək ki, bəzi izləyicilər onların bu addımı atmasını düzgün qiymətləndiriblər. Bir çox istifadəçilər isə elə əvvəldən bu tip estetik dolğuların edilməsini məsləhət görməyib.

Fidan Etibar





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri