Məşhur həkim Əvəz Zeynallının durumunu şərh etdi
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Uzman dr Vasif İsmayıl hazırda həbsdə olan xərçəng diaqnozu qoyulan jurnalist Əvəz Zeynallının durumu haqqında öz sosial hesabında paylaşım edib.
Gununsesi.info həmin paylaşımı təqdim edir:
Əvəz Zeynallıda metastatik yoğun bağırsaq xərçəngi aşkar olunub.
Onkoloji qaydalara görə son mərhələdir.
Amma…müalicəsi var!
Qaraciyərə metastaz vermiş yoğun bağırsaq xərçəngi xəstələrinin deyil ömrünün uzanmasını, ümumiyyətlə şişdən qurtulmasını görmüşəm mi?
Görmüşəm!
Dəfələrlə!
Lakin….düzgün müalicə lazımdır.
Bu dəqiqə belə həbsxanada müalicə etdiyim 2 onkoloji xəstə var. Bəzən sadə MRT lazım olur, inanın, aylarla qapı-qapı gəzirlər. Doğrudur, ömürlük məhbus da var….Asan deyil. Əməliyyat edərkən başımda keşik çəkən ədliyyə işçiləri şahiddirlər.
Amma həbsxana insan öldürmək yeri deyil. Vicdanımız qəbul etməz.
Əvəz Zeynallıya qaydalara uyğun müalicə olunması üçün şərait yaradılsın. Xahişim budur.


