Icma.az
close
up
RU
Məşhur heykəl Azərbaycana niyə çılpaq gəldi? Foto

Məşhur heykəl Azərbaycana niyə çılpaq gəldi? Foto

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.

Ölkə.Az xəbər verir ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədinin ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltmək olduğu bildirilir.

Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələr açıb.

Sənət əsərinin mənası isə bu cür izah olunur: Heykəldəki qadın sanki təbiətin gücünü və xam enerjisini tutur. Bu əsər insan və təbiət arasındakı güclü əlaqələri və bağları nümayiş etdirir və müasir cəmiyyətdə getdikcə çətinləşən Ana Təbiətlə əlaqə yaratmaq üçün mümkün olan hər şeyi necə etmək lazım olduğunu xatırladır.


Sosial şəbəkələrdə gedən müzakirələr zamanı qeyd edilib ki, sözügedən sənət əsəri digər ölkələrdə "paltarlı" formada olsa da, ölkəmizdə çılpaq təsvir olunub.

Elnur Poliqlot adlı istifadəçi: “Avropada geyinib bizdə lüt gəzən heykəl”.

Kənan Rövşənoğlu: “Qətər və Çini başa düşdük, hətta London və Nyu-Yorkda da heykəl çılpaq olmayıb, amma Bakıya gələndə soyundurdular. Belə görünür ki, Bakı təcrübə-sınaq mərkəzinə çevrilib”.

Nemət Tağıyev: “Eyni müəllif, eyni heykəl və fərqli şəhərlər. Məni qınamayın, bu yetimi deyəsən, gömrük bu günə qoyub. Ayıbdır, bunun üstünə brezentdən zaddan çəkin”.

Zaira Akifqızı: “Zarafat bir yana, camaatın heykəlini geyindirir, bizimkini soyundururlar. Bu nə ayrı-seçkilikdir belə?”

Zaur Əliyev: “Hər yerdə paltarlı olan bu heykəl bizə çatanda lüt oldu”. 

Müzakirələrə aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq. Araşdırmamız nəticəsində məlum oldu ki, heykəltaraş “Təbiətin” gücü adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası heykəli “The Force of Nature II” adlanır. Əsərin hər iki versiyası dünyanın müxtəlif ölkələrində nümayiş olunub. 


Xarici mətbuatda “Təbiətin gücü 2”nin izahı isə aşağıdakı kimi verilib: Heykəldəki bütün xırda detallar o qədər düşünülmüş şəkildə yaradılmışdır ki, ictimaiyyətə daha çox təsir etsin. 

Belə ki, ana təbiəti təmsil edən qadının gözünü paltarları bağlasa da, o yenə dünyanı möhkəm şəkildə tutub saxlamağı bacarır. Lakin tamaşaçı kimi onun üz ifadəsini görməməsi bizi bədii niyyətlərin müxtəlif yozumları ilə qarşı-qarşıya qoyur. Məsələn, o, yer kürəsini rahatlıqla tutub və Ana Təbiət bizə hər şeyin onun əlində imiş kimi qüdrətli olduğunu göstərməyəmi çalışır? Ya da tamamilə çarəsizdir, sanki küləyin təsiri ilə sürüklənir və dünyanı çətinliklə saxlamış ola bilər.

Ölkəmizə nə üçün heykəlin birinci yox, ikinci versiyasının gətirilməsi ilə bağlı suala isə yəqin ki, Lorenso Kuinn cavab verə bilər.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri