Icma.az
close
up
RU
Məşhur heykəl Azərbaycana niyə çılpaq gəldi? Yeni Sabah

Məşhur heykəl Azərbaycana niyə çılpaq gəldi? Yeni Sabah

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.

Ölkə.Az xəbər verir ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədinin ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltmək olduğu bildirilir.

Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələr açıb.

Sənət əsərinin mənası isə bu cür izah olunur: Heykəldəki qadın sanki təbiətin gücünü və xam enerjisini tutur. Bu əsər insan və təbiət arasındakı güclü əlaqələri və bağları nümayiş etdirir və müasir cəmiyyətdə getdikcə çətinləşən Ana Təbiətlə əlaqə yaratmaq üçün mümkün olan hər şeyi necə etmək lazım olduğunu xatırladır.

Sosial şəbəkələrdə gedən müzakirələr zamanı qeyd edilib ki, sözügedən sənət əsəri digər ölkələrdə "paltarlı" formada olsa da, ölkəmizdə çılpaq təsvir olunub.

Elnur Poliqlot adlı istifadəçi: “Avropada geyinib bizdə lüt gəzən heykəl”.

Kənan Rövşənoğlu: “Qətər və Çini başa düşdük, hətta London və Nyu-Yorkda da heykəl çılpaq olmayıb, amma Bakıya gələndə soyundurdular. Belə görünür ki, Bakı təcrübə-sınaq mərkəzinə çevrilib”.

Nemət Tağıyev: “Eyni müəllif, eyni heykəl və fərqli şəhərlər. Məni qınamayın, bu yetimi deyəsən, gömrük bu günə qoyub. Ayıbdır, bunun üstünə brezentdən zaddan çəkin”.

Zaira Akifqızı: “Zarafat bir yana, camaatın heykəlini geyindirir, bizimkini soyundururlar. Bu nə ayrı-seçkilikdir belə?”

Zaur Əliyev: “Hər yerdə paltarlı olan bu heykəl bizə çatanda lüt oldu”. 

Müzakirələrə aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq. Araşdırmamız nəticəsində məlum oldu ki, heykəltaraş “Təbiətin” gücü adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası heykəli “The Force of Nature II” adlanır. Əsərin hər iki versiyası dünyanın müxtəlif ölkələrində nümayiş olunub. 

Xarici mətbuatda “Təbiətin gücü 2”nin izahı isə aşağıdakı kimi verilib: Heykəldəki bütün xırda detallar o qədər düşünülmüş şəkildə yaradılmışdır ki, ictimaiyyətə daha çox təsir etsin. 

Belə ki, ana təbiəti təmsil edən qadının gözünü paltarları bağlasa da, o yenə dünyanı möhkəm şəkildə tutub saxlamağı bacarır. Lakin tamaşaçı kimi onun üz ifadəsini görməməsi bizi bədii niyyətlərin müxtəlif yozumları ilə qarşı-qarşıya qoyur. Məsələn, o, yer kürəsini rahatlıqla tutub və Ana Təbiət bizə hər şeyin onun əlində imiş kimi qüdrətli olduğunu göstərməyəmi çalışır? Ya da tamamilə çarəsizdir, sanki küləyin təsiri ilə sürüklənir və dünyanı çətinliklə saxlamış ola bilər.

Ölkəmizə nə üçün heykəlin birinci yox, ikinci versiyasının gətirilməsi ilə bağlı suala isə yəqin ki, Lorenso Kuinn cavab verə bilər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri