Məşhur iş adamı həbs olundu Demirören Holdinqdən açıqlama
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə məşhur iş adamı Tayfun Dəmirörən saxlanılaraq haqqında həbs qətimkan tədbiri seçilib.
Lent.az xəbər verir ki, mövzu ilə bağlı dəqiq bir məlumat olmasa da, Demirören İnvestisiya Holdinqindən onun həbsi ilə bağlı açıqlama verilib.
"İdarə heyətinin üzvü Tayfun Dəmirören öz şəxsi "Mikare Real Estate" şirkətində ticarət fəaliyyəti ilə bağlı bir məsələ ilə bağlı həbs olundu. O, həmçinin bu şirkətlə bağlı bütün sərmayələrə və borclara cavabdehdir", - açıqlamada bildirilir.
Açıqlamada Demirören Yatırım Holdinqin sözügedən kommersiya fəaliyyəti ilə heç bir əlaqəsi və ya borcu olmadığı bildirilir.
“3 yanvar 2024-cü ildə dərc etdiyimiz press-relizdə Tayfun Dəmirörənə məxsus şirkət ilə Demirören İnvestisiya Holdinq arasında heç bir əlaqənin olmadığı da ictimaiyyətin diqqətinə çatdırılıb.”, - açıqlamada deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 16 Fevral 2025 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















