Qarabağ qazisi olan jurnalistlər Demirören Xəbər Agentliyini (DHA) ziyarət etdi FOTOLAR
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qarabağ müharibəsinin iştirakçısı olan bir qrup azərbaycanlı jurnalist Türkiyənin aparıcı media qurumlarından biri olan Demirören Xəbər Agentliyini (DHA) ziyarət edib.
Turkustan.az xəbər verir ki, jurnalistləri Həmkarlar İttifaqı sədr müavinləri Cemal Sonsay və Dilek Atçeken qəbul ediblər.Daha sonra Azərbaycandan qardaş ölkəyə səfər edən Azərbaycan Mətbuat Şurasın İdarə heyətinin üzvü, Qarabağ qazisi Bəhruz Məmmədzadə, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı , qazi jurnalistlər Daşqın Əzizov, İlham Ağayev, Mail Əsgərov, Məğrur Əliyev, Rəşad Bəxşəliyev, Rəşad Rəşidov, Rza Bəbirov və Yelmar Məmmədlini DHA-nın baş direktoru Cemal Coşkun qəbul edib.
Görüş zamanı media sahəsində təcrübə mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub. Cemal Coşkun agentliyin fəaliyyəti, xəbərçilik prinsipləri və rəqəmsal mediada rolu barədə məlumat verib.
Səfər qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 İyul 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















