Icma.az
close
up
RU
Məşhur klinikadan yayılan xəbər narahatlıq yaratdı Təhsili olmayan həkimlər...

Məşhur klinikadan yayılan xəbər narahatlıq yaratdı Təhsili olmayan həkimlər...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bakının məşhur klinikasından yayılan xəbər ictimaiyyətdə yenidən narahatlıq yaradıb. Belə ki, “Bona Dea”da tibb təhsili və müvafiq sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin çalışdığı məlum olub. Aşkarlanan pozuntuya görə, müəssisə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib.

Qeyd edək ki, bundan əvvəl ölkədə rüşvət yolu ilə həkimlik fəaliyyəti göstərən şəxslərin də siyahısı yayılmışdı. Bu fonda klinika barəsində ortaya çıxan məlumat mövzunu aktuallaşdırıb.

Qanun pozuntusuna yol verənləri hansı cəza gözləyir? Ümumiyyətlə, belə məsələlər qanunvericilikdə necə tənzimlənir? 

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, belə hallar yalnız konkret müəssisəyə aid deyil, həm də pasiyentlərin sağlamlıq hüquqlarının qorunması baxımından ciddi nəticələr doğurur:

“Azərbaycanda tibbi fəaliyyət yüksək riskli və ictimai əhəmiyyətli sahə kimi xüsusi hüquqi tənzimləməyə tabedir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə görə tibbi fəaliyyəti yalnız müvafiq təhsili olan və qanunvericiliklə müəyyən edilən qaydada sertifikasiyadan keçmiş şəxslər həyata keçirə bilər. Maddədə həkimlər, orta tibb işçiləri və digər səhiyyə mütəxəssislərinin peşə hazırlığı və ixtisas uyğunluğu əsas şərt kimi göstərilib. Qanunun 49-cu maddəsi isə səhiyyə müəssisələrinin, o cümlədən özəl klinikaların rəhbərliyinə tibbi xidmətlərin keyfiyyətinə və qanunvericiliyə uyğun təşkilinə görə məsuliyyət qoyur”.

Ellada Bayramova

Hüquqşünas bildirib ki, sertifikatsız şəxslərin işə cəlb edilməsində yalnız fərdi icraçılar deyil, müəssisə rəhbərliyi də hüquqi məsuliyyət daşıyır:

“Nazirlər Kabinetinin müvafiq qərarları tibb işçilərinin sertifikasiyasını peşə yararlılıqlarının dövlət yoxlaması mexanizmi kimi müəyyən edir. Sertifikatsız şəxslərin tibbi praktikaya buraxılması lisenziya şərtlərinin pozulmasına gətirib çıxara bilər. “Lisenziyalar və icazələr haqqında” Qanunun 22-ci maddəsinə əsasən, lisenziya tələb olunan sahədə qanunsuz fəaliyyət məsuliyyət yaradır və nəticədə lisenziyanın dayandırılması yaxud ləğvi mümkündür”.

Ellada Bayramovanın sözlərinə görə, sertifikatsız şəxslərin işləməsi inzibati xəta sayılır:

“İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, vəzifəli və hüquqi şəxslər maliyyə sanksiyaları ilə cəzalandırılır. Belə ki, müəssisənin vəzifəli şəxsləri inzibati cərimə, hüquqi şəxs kimi klinika isə daha ağır maliyyə sanksiyaları ilə üzləşə bilər. Əgər sertifikatsız şəxsin fəaliyyəti nəticəsində pasiyentin sağlamlığına ciddi zərər dəyərsə və ya ölüm baş verərsə, məsuliyyət artıq cinayət-hüquqi müstəviyə keçir. Cinayət Məcəlləsinin 314-cü maddəsi (səhlənkarlıq) və 142-ci maddəsi (qanunsuz tibbi fəaliyyət nəticəsində zərər) bu hallarda tətbiq olunur. Bu zaman məsuliyyət yalnız icraçı üçün deyil, həmin şəraiti yaradan vəzifəli şəxslər üçün də nəzərdə tutulur.

Ümumilikdə özəl tibb müəssisələrində sertifikatsız və təhsilsiz şəxslərin çalışdırılması həm qanunvericiliyə ziddir, həm də pasiyentlərin sağlamlıq hüquqlarının kobud pozulmasıdır. Qanunverici bu hallara qarşı inzibati, lisenziya və zərurət yarandıqda cinayət məsuliyyətini nəzərdə tutmaqla səhiyyə sahəsində peşəkarlıq və təhlükəsizlik standartlarının qorunmasını prioritet kimi müəyyən edib”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri